"Özümü hələ tapa bilməmişəm. Bakıya gələndə hiss edirəm ki, Ayanam, rahat oluram"
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva "Şou məkan" proqramına açıqlamasında deyib.
Sənətçi bildirib ki, hər zaman anasından məsləhət alır, ondan icazəsiz addım atmır:
"Bu o demək deyil ki, mən anamdan qorxuram. Sadəcə belə öyrəşmişəm. O məni çox rahat öyrəşdirib. Ondan soruşuram ki, bunu necə eləsəm, yaxşı olar? 5 manat pul xərcləyəndə belə deyirəm ki, xəbərin olsun. Nə isə səhv addım atıram, heç anama demirəm. Görürəm ki, ziyan tapıram”.
Ayan şou-biznesdən gileylənib:
“Kənardan baxanda şou-biznes sadəcə sıfır dərəcəsində görünür. Nə şousu var, nə biznesi. Bilmirsən nə iş görürlər, nə etmək istəyirlər. Mahnı çıxarırlar, ancaq tutmur, effekt vermir. Sadəcə ad var deyə yaşayırlar. Mən burada qalıb o həyatı yaşamaq istəmirdim.
Şou-biznesə baxıb çox gülürəm. Baxırsan ki, heç nə yoxdur. Kim kimə söz atır, kim niyə söz atır, bilinmir. Təhqir edir, arxasında dayana bilmir, üzr istəyir. Sözü deyirsən, adını da çəkirsən, ya bu sözünün arxasında dur, ya da heç nə demə. Elə müğənnilər var ki, hamımız onları tanıyırıq. Milyon da qoysan ondan müğənni olan deyil. İtə, pişiyə bu qədər pul töksən, ondan daha məşhur olardı”.
Müğənni sənət aləmində heç kimlə dostluq etmədiyini söyləyib:
“Şou-biznesdə mənim heç vaxt dostum olmayıb. Özümə ən yaxın hiss etdiyim Günay İbrahimlidir. Bu aləmdə dostum olsa belə, zaman keçib görmüşəm ki, zayı çıxıb”.
MilliYol.Az
Digər xəbərlər
loading...