"Azərbaycanda 3-cü kəskin devalvasiya baş verəcək. 1 dolların 2 manatdan da baha olması qaçılmazdır".
Bu sözləri bank üzrə ekspert Əkrəm Həsənov valyuta bazarında bu gün yaranan gərginlik və dolların satışının bahalaşmasına münasibət bildirərəkən deyib.
Əkrəm Həsənov bildirib ki, manatın devalvasiyası qaçılmazdır: "Manatın məzənnəsi indiyə qədər süni qaydada saxlanılır. Bu Mərkəzi Bankın inzibati yolla saxladığı məzənnədir. Manatın bundan sonra da ucuzlaşması və yaxın bir ildə 1 dolların 2 manatdan da baha olması qaçılmazdır. Bu hadisə tez də baş verə bilər. Çünki Mərkəzi Bank məzənnəni inzibati qaydada tənzimlədiyi üçün inzibati qayda devalvasiya da ola bilər. Hazırda manatın məzənnəsini saxlamaq üçün hökümət külli miqdarda pul xərcləyir. Təbii ki, bunun da sonu olmalıdır".
Ekspertin sözlərinə görə, Böyük Britaniyanın Avropa Birliyindən çıxması dünyada qlobal və uzun müddətli dərin maliyyə böhranına aparan bir hadisədir: "Azərbaycan kimi iqtisadiyatı böhran içində və bərbad maliyə sistemi olan dövlət üçün bunun nəticələri ağır olacaq. Son hadisənin təsirini artıq hiss edirik. İstisna deyil ki, devalvasiya tezliklə olsun. Bu gün artıq valyuta dəyişmə məntəqələrinin bağlanması, kursu qaldırmaları və valyuta satışını dayandırmaları xəbərini eşitdik. Bütün hallarda manatın ucuzlaşması qaçılmazdır. Ola bilsin vəziyyət daha da pis olsun. İlin axırına və gələn ilin ortalarına qədər Azərbaycanda kəskin 3-cü devalvasiya baş verəcək". (Qaynarinfo.az)
MilliYol.Az
Digər xəbərlər
loading...