“Xanımlar və cənablar” devizi ilə yayımlanan “Maşın” şousunun ötən gün baş tutan buraxılışı qalmaqalsız ötüşməyib
Axşam.az xəbər verir ki, bu dəfə səsverməyə meyxanaçı Samirə Yusifqızı çıxıb. Sənətçinin oyunla bağlı ittihamları diqqət çəkib. O bildirib ki, yarışmadakı səsvermə dürüst deyil:
“Səsvermənin çevrilişini Murad Dadaşov edir, özü tənzimləyir. İstəmirlər ki, şouda qalım”.
Samirənin reklamarası işlətdiyi bu fikirlər canlı yayımda müzakirə edilib. Şoumen Murad Dadaşov meyxanaçıya etirazını bildirib:
“Təbii ki, bu fikirlərinizə görə sizi yarışmadan uzaqlaşdıra bilmərəm, şəxsi fikrinizdir. Ancaq diqqətli olaq, burada böyük insanlar yarışıb, şou 12 ildir ki, davam edir. Yanlışlıq olsaydı proqram bu qədər davam etməz, sevilməzdi”.
Sonda S.Yusifqızı 12,36 faiz qalsına səs yığaraq yarışmanı tərk edib.
MilliYol.Az
Digər xəbərlər
loading...