Son zamanlar Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında baş verən qanunsuzluqlar və təhsil adına yol verilən biabırçılıqlarla bağlı ölkə mediasında silsilə yazılar dərc olunur
Obyektiv.org-a məlumat verən, ADPU-nin Ağcabədi filialının bir neçə işçisi bildirir ki, çox təəsüf doğuran hal odur ki, nə ADPU-nin rəhbərliyi, nə də Təhsil Nazirliyi baş alıb gedən qanunsuzluqlara heç bir reaksiya vermirlər. Şikayətçilər bunun səbəbini ancaq onunla izah edirlər ki, ADPU -nin Ağcabədi filialında baş verənlərdən rəhbərlik məlumatlıdır.
Onlar bunu da vurğulayıblar ki, ADPU -nin Ağcabədi filialının direktoru Mətanət Fərzəliyeva onun əməllərindən rəhbərliyin və Təhsil Nazirliyinin əlaqədar qurumlarının xəbərdar olmasını heç gizlətmir də. Xanım direktor narazı adamlara şəxsən deyir ki, «gedin dərdinizi kimə istəyirsiniz deyin». Şikayətçilər bildirib ki, ADPU -nin filialında çalışan işçilərin çoxusu orta və orta ixtisas təhsillidirlər. Elmi dərəcələri olan insanlar kənarda saxlanıldığı halda, qanunlara və pedoqoji qaydalara zidd olaraq heç bir elmi dərəcəsi olmayan şəxslər filialda aparıcı vəzifələrdə çalışırlar və bu şəxslərin demək olar ki, hamısı ADPU-nin Ağcabədi filialının direktoru Mətanət Fərzəliyeva üçün tələbələrdən pul toplamaqla məşğuldurlar. Digər tərəfdən şikayətçilər bildirir ki, əgər hüquq-mühafizə orqanları, ya da Hesablama Palatası filialın maliyyə xərclərini yoxlayarlarsa, çox böyük korrupsiya və yeyinti halları ilə rastlaşacaqla. Onlar bildirir ki, filialın müəllim və hətta tələbə heyətində bu hal heç kimdə şübhə doğurmur.
Misal üçün şikayətçilər bildirir ki, filialın müəllim heyətinin böyük hissəsi Azərbaycan Müəllimlər İnstitunun Gəncə və Qazax filiallarının diplomlarını daşıyırlar. Bunu təsbit etmək isə çox asandır. Azərbaycan Müəllimlər İnstitunun Gəncə və Qazax filiallarının diplomlarınin böyük bir hissəsi isə bildiyimiz kimi saxta elan olunub və hazırda məhkəmələrdə bu işdər araşdırılır. Həmçinin həbs olunanlar da var. Mətanət Fərzəliyeva isə ADPU -nin Ağcabədi filialını məhz bu «pedeqoqlara» həvələ edib. Peşəkar pedaqoqlar isə kənarda qalıb.
Həm də pul yığımı təkcə tələbələrdən getmir. Təkcə bir faktı qeyd edək. 2015-ci ilin noyabrında Mətənət Fərzəliyeva təhsil ocağının bütün işçilərinə yardım adı ilə 30 min manat dövlət vəsaiti yazdırıb. Sonra hamıya bu pulu guya aldıqları ilə bağlı qol çəkdirib, bildirib ki, Maliyyəı Nazirliyindən gələn təftiş komissiyasına rüşvət kimi verəcək pulu. Vəssalam, 30 mini rahat mənimsəyib. Heç kim dinə də bilməyib.
Bu cəmi bir epizod üzrə alınan məbləğdir. Hər il bu cür maxunasiyalarla, bəhanələrlə küllü-miqdarda dövlət vəsaiti göyə sovrulur.
Rayondan verilən məlumata görə icra başçısı Şahin Məmmədov bu hoqqalardan xəbərdardır. Və rayonda belə bir korrupsioner təhsil işçisini görmək istəmir.
Yalnız icra başçısının müavinlərindən biri dolayı yolla Mətənət Fərzəliyevaya dəstək verir, bir çox məlumatları başçıdan gizləyir.Bunun əvəzini Mətənət xanım artıqlaması ilə ödəyir.
Mətanət Fərzalıyevnın baş idarədən xahişin edən rayonun hansı deputatıdır, Ağcəbədidə onun "qoruyucu mələyi"nə çevrilmiş icra başçının müavini kimdir -bu və digərləri barədə gələn saymızda oxuya biləcəksiniz.
Mənbə: obyektiv.org
MilliYol.Az
Digər xəbərlər
loading...