Çərşənbə, 19 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Yığmamız Avropada 38-ci oldu


DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasındakı oyunlara yekun vurulub. Apasport.az saytının qeyri-rəsmi cədvəlində Azərbaycan yığması qitənin 38-ci komandasıdı

Belə ki, millimiz C qrupunda keçirdiyi 10 görüşdə 10 xal toplayıb. Bu nəticə Robert Prosineçkinin yetirmələrinin 5-ci olması üçün yetərli olub.

Bütün qruplarda eyni sayda – 6 komanda olduğundan və hər yığma eyni sayda – 10 matç keçirdiyindən bütün iştirakçıları müqayisə etmək mümkündü. Milliləri öz qruplarında tutduğu yerlərə əsasən “doqquzluq”lara bölsək, komandamız Avropada 37-45-ci yerlərdən birində qərarlaşıb. Bunlar 5-ci pillə sahibləridi.

Həmin komandaları müqayisə etsək, yığmamız ən yaxşı beşinci adına iddiaçılardan biridi. Çünki yalnız Makedoniya daha çox – 11 xal qazanıb. Balkanlılar 5-ci yerlər arasında ən yaxşıdısa, Azərbaycan 2-ci, Kipr 3-cüdü. Yığmamız sonuncuları yalnız daha çox top vurduğu üçün qabaqlayıb. 5-ci yerlər arasında 2-ci yer isə ümumilikdə 51 iştirakçı arasında 38-ci olmaq anlamına gəlir. Düzdü, bu nəticə Avropada 38-ci deməyə tam əsas vermir. Çünki meydan sahibi Rusiya seçmə oyunlardan azad olub. Komandamız isə burada iştirak edən “54-lük”də 38-cidi.

MilliYol.Az
Etiket:

loading...