Rusiya xüsusi xidmət orqanlarının ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) məxfi informasiyalarını ələ keçirməsi faktının Vaşinqton tərəfindən necə öyrənilməsi məlum olub
İKT.lent.az-ın “The New York Times”a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ı İsrail kəşfiyyatı məlumatlandırıb.
İsrail xüsusi xidmət orqanları “Kasperski Laboratoriyası”nın daxili şəbəkəsini “sındırıblar” və öyrəniblər ki, bu antivirusun vasitəsilə Rusiya ABŞ Milli Təhlükəsizlik Agentliyinin məlumatlarına çıxış əldə edib. İsrail bu barədə ABŞ-a xəbər verib və nəticədə ABŞ hökuməti dövlət orqanlarının “Kasperski Laboratoriyası”nın proqramlarından istifadə etməsinə qadağa qoyub.
“The Washington Post”un xəbərinə əsasən 2015-ci ildə İsrail hökumətinə işləyən hakerlər Rusiya şirkətinin kompüterlərində yalnız NSA ilə əlaqəli ola biləcək proqram təminatı aşkarlayıblar. Həmin proqram təminatı rusların əlinə keçib. Belə ki, Rusiya xüsusi xidmət orqanları “Kasperski” antivirusundan istifadə edərək NSA əməkdaşının ev kompüterindən məxfi sənədləri oğurlayıblar. Sənədlərdə NSA-in digər ölkələrin şəbəkələrinə necə daxil olduğu barədə məlumatlar əksini tapıb.
NYT yazır ki, əksər antiviruslar kimi, “Kasperski” də kompüterdəki bütün fayllara çıxış tələb edir. Nəticədə Rusiya kəşfiyyatı bu fayllara daxil olur.
“Kasperski Laboratoriyası”nın gəlirlərinin 60%-dən çoxu ABŞ və Qərbi Avropadakı müştərilərin payına düşür.
MilliYol.Az
Digər xəbərlər
loading...