Kataloniyada keçirilən müstəqillik referendumu Avropada müxtəlif regionları hərəkətə keçirib
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Belçikanın Flandriya vilayəti də bununla bağlı addım atmaq istəyir.
Flandriya Belçikadan ayrılmaq imkanını müzakirə edir. Belçika məclisinin hər iki palatasında təmsil olunan "Flamand marağı" partiyasının lideri Tomas Van Qriken bəyan edib ki, İspaniya vilayətindəki hadisələr Avropada sonuncu hadisə olmayacaq. Niderland dilinin hakim olduğu Flandriya da bu yol ilə hərəkət etməyə hazırdır.
Tomasın sözlərinə görə, Belçika əhalisinin böyük hissəsi Kataloniyanın müstəqillik referendumunu dəstəkləyir. Flandriya bölgəsi isə müstəqillik referendumu keçirmək niyyətindədir: "Biz Flandriyada referendum keçirmək istəyirik. Çünki əhalinin böyük əksəriyyəti bu ideyanı dəstəkləyir".
MilliYol.Az
Digər xəbərlər
loading...