“Azərbaycanda aksiz vergisi artırılarsa, o zaman tütün və alkoqollu içkilərində qiymətində artım olacaq”
Bunu BakuPost.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin aksiz vergisinin dərəcələrinin dəyişdiriləcəyi ilə bağlı sözlərini şərh edərkən deyib.
Deputat bildirib ki, idxalda şəffaflıq olduğu üçün vergilər də artırıla bilər: “Biz hələ 2016-cı ilin axırlarında bir sıra vergi məcəllələrinə dəyişiklik etdik, vergilərə baxdıq. O cümlədən alkoqollu içkilər və tütün məmulatlarına tətbiq olunan vergilərə də müəyyən qədər baxdıq. İdxalda elə də ciddi problem yoxdur. İdxalda müəyyən qədər şəffaflıq yarandığı üçün ola bilər ki, vergilər də artırılsın. Düşünürəm ki, alkoqollu içkilərin və tütün məmulatlarının vergiləri artırıla bilər”.
V. Əhmədov məsələnin Milli Məclisdə müzakirəyə çıxarılacağını, tətbiq vaxtının isə ondan sonra müəyyən ediləcəyini vurğulayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...