İlham Əliyev iki müavin təyin Əli Abdullayev rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunub. MilliYol.Az xəbər verir ki, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Əli Abdullayev bir müddət əvvəl Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri təyin olunmuşdu.
O, 1979-cu ildə anadan olub, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını siyasi idarəetmə, hüquqşünaslıq ixtisasları üzrə bitirib.
2001-2006-cı illərdə Əmlak Məsələləri Dövlət Komitəsində Hüquq şöbəsinin müdiri, 2007-ci ildən Hərracların Təşkili üzrə Auksion Mərkəzinin baş direktoru vəzifələrində işləyib.
Qaynarinfo.Az xəbər verir ki, 2014-cü ildən bu vəzifədə çalışan İltimas Məmmədov isə birinci müavinlikdən müavin vəzifəsinə təyin olunub. Uyğun dəyişiklik artıq Nazirliyin rəsmi saytında da öz əksini tapıb.
Xatırladaq ki, hazırda Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadədi.
Prezident İlham Əliyevin digər sərəncamı ilə Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə daha bir rəis müavini təyin edilib. Azərbaycan prezidenti bununla bağlı müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Ağacan Əhmədov Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini təyin edilib.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin digər sərəncamı ilə Elşən İsgəndərov Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini təyin olunmuşdu.
MilliYol.Az
Digər xəbərlər
loading...