Bakıda daha bir məşhur şəxsin barelyefi yoxa çıxıb
Paytaxtın Yasamal rayonunda Azərbaycanın incəsənət xadimi, bəstəkar Qəmbər Hüseynlinin barelyefi naməlum şəxs və ya şəxsllər tərəfindən oğurlanıb.
Polis faktla bağlı araşdırma aparır.
Qed edək ki, Q.Hüseynli məşhur “Cücələrim”, “Ay işığında”, “Gecələr uzanaydı”, “İlk məhəbbət”, “Düşür yadıma”, “Gülə-gülə”, “Sən-sən” və s. əsərlərin müəllifidir.
Xatırladaq ki, son günlərdə Bakıda bir neçə məşhur şəxsin barelyefi oğurlanıb. Ötən həftə DİN-in yaydığı məlumata görə, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə lövhələrini oğurlayan şəxslərə qarşı xüsusi əməliyyat tədbiri həyata keçirilib. Nəticədə üç nəfər saxlanılıb. Araşdırmalar zamanı müəyyən edilib ki, dəstə üzvləri oğurladıqları xatirə lövhələrini metal qəbulu məntəqələrinə satıblar. Əməliyyat tədbirinin davamı olaraq həmin lövhələri alan metal qəbulu məntəqəsinin sahibi də müəyyən edilərək məsuliyyətə cəlb edilib. (“Report”)
MilliYol.Az
Digər xəbərlər
loading...