Bu gün 2018-ci il dünya çempionatının qrup mərhələsinin Avropa zonasında qrup mərhələsinin oyunlarına yekun olub
AÇ-2020-ə çıxmaq üçün ilk dəfə təşkil ediləcək UEFA Millətlər Liqasında divizionların tərkibinə aydınlıq gəlib. Azərbaycan yığması sözügedən turnirdə dördüncü divizionda çıxış edəcək.
Millətlər Liqasında 55 Avropa yığması çıxış edəcək, onlar dörd diviziona bölünəcək (A, B, C, D). Hər divizionda 4 qrup olacaq, onların püşkü yanvarın 24-də Lozanna şəhərində keçiriləcək.
Azərbaycan millisinin Ermənistanla qarşılaşmaq ehtimalı çox yüksəkdir. İndiyə qədər bir dəfə eyni qrupda yer alsaqda , UEFA oyunların keçrilməsinə icazə verməmişdi. Sonradan isə püşk zamanı eyni qrupa düşməyimiz əngəllənmişdi. İndi isə alternativ olmayacaq. Neytral yerdə yarımfinal və ya finalda qarşılaşmalıyıq
Qrupların tərkibi:
A divizionu:
Almaniya, Portuqaliya, İspaniya, Belçika, İngiltərə, Fransa, İsveçrə, İtaliya, Polşa, İslandiya, Xorvatiya və Niderland. Divizion 4 qrupdan ibarət olacaq.
B divizionu:
Avstirya, Uels, Russiya, Slovakiya, Ukrayna, İrlandiya, İsveç, Şimali İrlandiya, Danimarka, Bosniya və Herseqovina, Çexiya və Türkiyə. Divizion 4 qrupdan ibarət olacaq.
C divizionu:
Rumıniya, Şotlandiya, Sloveniya, Macarıstan, Serbiya, Albaniya, Norveç, Yunanıstan, Monteneqro, İsrail, Bolqarıstan, Finlandiya, Kipr, Estoniya və Litva. Divizionda 3 komandadan ibarət bir qrup və 4 komandada ibarət 3 qrup olacaq.
D divizionu:
Azərbaycan, Makedoniya, Gürcüstan, Belarus, Ermənistan, Qazaxıstan, Moldova, Latviya, Lüksemburq, Farer Adaları, Lixtenşteyn, Malta, Andorra, San-Marino, Cəbəllüttariq və Kosovo. Divizion 4 qrupdan ibarət olacaq.
Qeyd edək ki, turnirə 2018-ci ilin sentyabrında start veriləcək, onun qalibi isə 2019-cu ilin iyun ayında məlum olacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...