Amerikanın İstanbuldakı Baş Konsulluğunun əməkdaşının həbsindən sonra ABŞ və Türkiyə münasibətlərinin yaxşılaşması sual altındadır
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert bildirib.
“Dövlət katibi digər ölkələrlə olduğu kimi, Türkiyə ilə də münasibətlərin yaxşılaşmasını istəyir. ABŞ Rusiya ilə də əlaqələri bərpa etmək istəyir. Lakin, Türkiyə hökumətinin qeyd edilən hərəkətləri bunu hazırda sual altında saxlayır”, - deyə o bildirib.
Onun sözlərinə görə, ABŞ-Türkiyə münasibətlərində dəyişiklik həmin insidentdən sonra baş verib. Nauert bildirib ki, dövlət katibi R.Tillerson məsələ ilə əlaqədar türkiyəli həmkarı ilə hələ ki danışıqlar aparmayıb.
O əlavə edib ki, saxlanılan konsulluq əməkdaşının indiyədək vəkillə görüşü təmin edilməyib.
Qeyd edək ki, iki ölkə arasında diplomatik qalmaqal ötən həftə FETÖ ilə əlaqədə şübhəli bilinən ABŞ konsulluğunun əməkdaşı Metin Topuzun saxlanılmasından sonra başlayıb. ABŞ səfirliyi məsələdən narahatçılıq keçirdiyini, ittihamların əsassız olduğunu və Türkiyə ilə tərəfdaş əlaqələrinə mənfi təsir etdiyini bildirib.
Qalmaqal Türkiyə və ABŞ arasında qeyri-immiqrasiya vizalarının qarşılıqlı verilməsinin tam dayandırılması ilə nəticələnib.
MilliYol.Az
Digər xəbərlər
loading...