Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz əmlakın özəlləşdirilməsinə dair növbəti hərrac keçirilib
Komitədən verilən məlumata görə, hərracda özəlləşdirilən əmlaklardan 1-i kiçik dövlət müəssisəsi, 4-ü istifadəsiz qeyri-yaşayış sahəsidir. Bakı şəhəri üzrə 1 kiçik dövlət müəssisəsi, 3 istifadəsiz qeyri-yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 1 istifadəsiz qeyri yaşayış sahəsi özəlləşdirilib.
Hərracda paytaxtın Səbail rayonunda yerləşən istifadəsiz qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 25 min manat olsa da, sonda 40 min 250 manata özəlləşdirilib.
Budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Suraxanı rayonunda yerləşən 148 saylı mağaza olub. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 460 kvadratmetrdən çoxdur.
Hərracda ən ucuz qiymətə özəlləşdirilən əmlak isə Ağstafa rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Həmin obyektin ümumi faydalı sahəsi 124,8 kvadratmetr təşkil edir.
Özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələri paytaxt üzrə Səbail, Nizami, Nərimanov rayonlarında yerləşir.
Regionlarda da hərraclar keçirilib. Hərracın gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib. Qeyd edək ki, bölgələrdə özəlləşdirilən istifadəsiz qeyri-yaşayış sahəsi Ağstafada yerləşir. Hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələrinin ümumi faydalı sahələri 15 kvadratmetr ilə 124,8 kvadratmetr arasında dəyişir.
Qeyd edilməlidir ki, hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahələri ilə birgə özəlləşdirilir. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlbediciliyini yüksəltməklə daha çox investor marağını artırır. Qeyd edilməlidir ki, 2017-ci ildə 40-a yaxın hərrac keçirilib.
MilliYol.Az
Digər xəbərlər
loading...