Çexiya prezidenti Miloş Zeman Ukraynanın Krımı itirməsini “həll olunmuş məsələ” hesab edir və məsələni Kiyevə pul kompensasiyası hesabına həll etməyi təklif edib
Virtualaz.org “Avropa həqiqəti” nəşrinə istinadən xəbər verir ki, bu barədə o, Strasburqda AŞPA deputatlarına müraciətində bildirib.
“Fikrimcə, Ukraynaya nəsə bir kompensasiya veriləcək – ya maliyyə formasında, ya da neft və qazla”, - o vurğulayıb.
Çexiya prezidenti Krımın ilhaq edilməsinin qeyri-qanuniliyini etiraf edib, lakin bu məsələnin “həll olunmuş” olduğunu da əlavə edib. “Krım – şübhəsiz ki. ilhaqdır. Lakin bitmiş işdir (fait accompli)”.
Zeman izah edib ki, Ukrayna inadkarlıq edərsə, Krıma görə “Avropa müharibəsi” mümkündür. O Almaniyanın keçmiş prezidenti Yoqhim Qaukdan sitat gətirib: “Əgər biz Krımı alıb Ukraynaya qaytarmaq istəyiriksə, bu Aropa müharibəsi deməkdir”. “Biz müharibədən qaçmalıyıq və siz bunu anlamalısınız”, - Zeman deputatlara deyib.
MilliYol.Az
Digər xəbərlər
loading...