Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (RPŞ) rəisi işdən çıxarılıb.
Qaynarinfo.az-ın əldə etdiyi məlumata görə, Lənkəran ŞRPŞ-nin rəisi Möhübbət Hüseynovun təqaüdə göndərilməsi ilə bağlı daxili işlər naziri general-polkovnik Ramil Usubov əmr imzalayıb.
Lənkəran RPŞ-da Qaynarinfo.Az-a bildirilib ki, M.Hüseynov hazırda iş başındadır və o, iyunun 28-də kollektivlə sağollaşacaq.
Qeyd edək ki, dünən daxili işlən naziri Ramil Usubov Göyçay Rayon Polis Şöbəsinin rəisi İslam Hümbətovu Lənkəran Rayon Polis Şöbəsinin rəisi təyin edib.
MiliYol.Az
Digər xəbərlər
loading...