“Milla” (“AZFP Co. LTD” MMC) şirkətində kütləvi ixtisarlar başlayıb.
Şirkətin işçilərinin aztoday.az-a verdiyi məlumata görə, oktyabr ayının əvvəlindən başlayaraq 40 nəfər işdən çıxarılıb. Şirkət rəhbərliyi buna səbəb kimi maliyyə vəziyyətinin yaxşı olmamasını göstərir. İşçilər şirkət rəhbərliyinin bu arqumenti ilə razılaşmırlar. Onların sözlərinə görə, “Milla”da bu aydan başlayaraq işçilərin maaşı 10 faiz artırılıb: “Əgər şirkətin maliyyə vəziyyəti pis olsaydı, işçilərin maaşını artırmazdılar”.
Adil Məmmədzadə
“Milla”nın işsiz qoyduğu şəxslərin sözlərinə görə, şirkətdə işçilərə qarşı ayriseçkilik edilir. Belə ki, mövsümü işlərdə çalışan satış nümayəndələrinin (ekspeditor) heç biri ixtisara düşməyib. Onlar payız və qış aylarında şirkətdə sürücü kimi işləyəcək. Onların əvəzinə isə sürücülər işdən azad olunub. Bu isə qaranlıq məbləblərdən xəbər verir. Ötən yazımızda “Milla”nın satış müdiri Adil Məmmədzadənin satış nümayəndələrindən böyük məbləğdə pul istəməsi barədə xəbər vermişdik. Görünür, Adil Məmmədzadənin tələbləri yerinə yetirildiyi üçün satış nümayəndələri müvəqqəti də olsa işdən uzaqlaşdırılmayıb. Həm də şirkətdə həyata keçirilən maxinasiyalarda Adil Məmmədzadənin məhz bu şəxslərlə əlbir işlədiyi barədə məlumatlar var.
Çox maraqlıdır ki, bu dəfə “Milla”da işdən çıxarılanların arasında bir nəfər belə olsun təzə işə götürülən yoxdur. Halbuki təcürbəli işçilərin əvəzində yenilərinin saxlanılması şirkət sahiblərinin narahatlığı üçün əsas olmalı idi… Çünki yeni işə götürülənlərdən pul alınması, onların təqdimatlarının Gədəbəydən verilməsi və s. amillər diqqətləri çəkməyə bilməzdi. Görünür, əslən Gədəbəy rayonundan olan Adil Məmmədzadə şirkətdə hamını razı saldığından hələlik ona “gözün üstə qaşın var” deyən yoxdur…
Oktyabr ayının 2-də “Milla”da işçilərin kütləvi etiraz edəcəklərindən çəkinən şirkət rəhbərliyi əraziyə xeyli sayda polis çağırıb. İşdən çıxarılanlarla təhqiramiz münasibət sərgilənib.
İşdən çıxarılanlar bildirirlər ki, Adil Məmmədzadənin özbaşınalıqlarını şirkətin sahibi, iranlı iş adamı Əhəd Zəncaniyə çatdirmaq üçün etirazlara başlayacaqlar.
Mənbə: aztoday.az
Digər xəbərlər
loading...