“Azercell” Azərbaycan torpağını İran ərazisi kimi təqdim edir
AzToday.az xəbər verir ki, bu, Yenicag.az-ın əməkdaşının Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfəri zamanı bəlli olub.
Belə ki, Azərbaycan prezidenti İlham Əliyevin də daim diqqət mərkəzində olan bu kəndə daxil olar-olmaz telefona “İrana xoş gəlmisiniz” mesajı gəlir. Bu azmış kimi “Azercell” müştəriyə öz doğma yurdumuzda rouminq xidməti də təklif edir.
Məsələ burasındadır ki, Cocuq Mərcanlı kəndi ilə maraqlananlar arasında əcnəbi turistlər də olur. Belə olan halda, şəhidlərin qanı hesabına düşməndən geri alınan Lələ təpənin ətəyində yerləşən əraziyə yollanan turistin telefonuna “İrana xoş gəlmisiniz” sms-i gəlsə, o, nə düşünər?
Qeyd edək ki, Avropada ölkələrarası sərhədlər simvolik xarakter daşıdığından bir ölkədən o birinə avtomobillə keçərkən, yalnız mobil telefonunuza gələn sms ilə ölkə sərhəddini keçdiyinizi anlayırsınız. Məsələn, Hollandiyadan Almaniyaya keçərkən, o mesajı aldıqda, hansı ölkə ərazisinda olduğunuzu bilirsiniz. Bu məntiqlə, Cocuq Mərcanlıya səfər edən bir avropalı bir anda özünü İran ərazisində hiss edəcək.
Nəzərə alsaq ki, İranın Azərbaycan ərazilərinə iddiası var, “Azercell”in bu “xidmət”i ilə fars rejiminə xidmət etdiyini desək, yanılmarıq. İnanırıq ki, müvafiq dövlət qurumları bu təxribatın qarşısını alacaqlar. Bununla həm də orada yaşayan insanlarımızın mobil telefon xidməti ilə bağlı çəkdikləri əziyyətə də son vermək olar.
MilliYol.Az
Digər xəbərlər
loading...