Belarusda səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 9-da bu ölkənin Müdafiə naziri general-leytenant Andrey Ravkovla görüşüb
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rəsmi qarşılanma mərasimindən sonra müdafiə nazirlərinin təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilən görüşlərində tərəflər ikitərəfli münasibətlərin, xüsusilə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.
Nazirlər beynəlxalq və regional təhlükəsizlik problemləri, hərbi ekspertlərin qarşılıqlı səfərlərinin təşkili, eləcə də maraq doğuran digər məsələlər barədə də geniş fikir mübadiləsi aparıblar.
Görüşün yekununda nazirlər Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında 2018-ci il üçün əməkdaşlıq planını imzalayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...