İraq Kürdüstanının lideri Məsud Bərzani federal hökumətin bu region üçün tətbiq etdiyi sanksiyaları ləğv edəcəyi təqdirdə, müstəqilliklə bağlı referendumun nəticələrini dondurmağa hazırdır
APA-nın məlumatına görə, bu barədə İraqın vitse-prezidenti Usama ən-Nuceyfi “Al Arabiya” kanalına açıqlamasında deyib.
Oktyabrın 8-də İraq Kürdüstanı lideri ilə İraqın vitse-prezidentləri Usama ən-Nuceyfi və Ayyad Alavi arasında danışıqlar aparılıb. Görüşdə Ərbil və Bağdad arasında narazılığın həlli üzrə pilləli plan təklif olunub və mövcud böhrandan çıxış yolları müzakirə edilib.
“Asharq Al-Awsat” qəzetinin yazdığına görə, İraq hökuməti İraq Kürdüstanı ilə konfederasiyanın qurulmasını istisna etmir. İraq Kürdüstanın siyasi rəhbərliyinin nümayəndəsi Abdulla Varati bildirib ki, konfederasiyanın yaradılmasını qonşu dövlət olan 3-cü tərəf təklif edib və təşəbbüs İraq parlamenti və hökumətindəki bir sıra siyasi fraksiyalar tərəfindən dəstəklənib.
Xatırladaq ki, sentyabrın 25-də İraq Kürdüstanı ərazisində müstəqilliyə dair referendum keçirilib.
MilliYol.Az
Digər xəbərlər
loading...