İtaliyanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Paolo Alli yenidən qurumun prezidenti seçilib
Buxarestdə keçirilən NATO Parlament Assambleyasının 63-cü illik sessiyası başa çatıb.
“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bu gün keçirilən plenar iclasda NATO-nun baş katibi Yens Stoltenberq və Rumıniya prezidenti Klaus Yohhanis də iştirak edib.
Y.Stoltenberg çıxışında təşkilatın qarşısında duran vəzifələr və yeni çağrışları, Kosovo və Əfqanıstandakı missiyası, Rusiya ilə münasibətlər, Alyansın Şərq cinahı – Qara dəniz regionunun gücləndirilməsi, İŞİD-lə mübarizə və digər məsələlərə toxunub.
İclasın sonunda NATO Parlament Assambleyasının prezidenti vəzifəsinə seçkilər keçirilib. İtaliyanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Paolo Alli yenidən qurumun rəhbəri seçilib.
NATO PA-nın növbəti yaz sessiyası isə 2018-ci ilin mayında Polşanın paytaxtı Varşavada keçiriləcək.
Qeyd edək ki, NATO baş katibi Y.Stoltenberq bu gün həmçinin Rumıniyanın cənub-qərbindəki Krayova şəhərində təşkilatın çoxmillətli briqadasının yerləşdiyi bazasına da baş çəkib.
MilliYol.Az
Digər xəbərlər
loading...