Avropa Şurası Parlament Assambleyasında (AŞPA) yeni siyasi qrup yaradılıb
AzVision.az-ın məlumatına görə, “Azad Demokratlar Qrupu” adlı birlikdə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputatlar çoxluq təşkil edir.
Qrupa hələlik 20 üzv - Türkiyədən 7, İtaliyadan 5, Azərbaycandan 4, Rumuniya, Serbiya, Bosniya və Hersoqovina və San-Marinodan 1 nəfər daxildir. Qrupa rəhbərlik italiyalı parlamentari Adele Gambaroya həvalə olunub.
Qeyd edək ki, AŞPA-da siyasi qrup formalaşdırmaq üçün ən azı 6 ölkədən 20 parlamentarinin bir araya gəlməsi lazımdır.
MilliYol.Az
Digər xəbərlər
loading...