“Yeni-yeni inkişaf edən serial sahəsi ilə bağlı tamamilə mənfi fikirdə olmaq doğru deyil”
Bunu "Report"a Milli Televiziya və Radio Şurasının (MTRŞ) şöbə müdiri Təvəkkül Dadaşov deyib.
Şöbə müdiri qeyd edib ki, MTRŞ seriallarla bağlı daim müşahidələr aparır və hər hansı ciddi neqativ halla qarşılaşdıqda yayımıçılara tövsiyə və ya xəbərdarlığını bildirir: "Hazırda kanallarda komediya janrında olan seriallara geniş yer verilir. Məlumdur ki, bu cür seriallar kanallara ciddi reytinq gətirir. Bununla yanaşı, digər janrlarda da seriallar çəkilir və yayımlanır.
Artıq xeyli müddətdir ki, ATV və "Xəzər TV" kanallarında ölkədə serial təsərrüfatının inkişafına göstərilən dəstəyin bariz nəticələrini izləyirik. Bu isə onu deməyə əsas verir ki, dövlətin yardımı artıq öz bəhrəsini verir. Hazırda Azərbaycanda çəkilən bəzi serialları hətta qonşu ölkələrlə müqayisə etmək olar. Bu sahənin daha da inkişafı üçün çalışmaq yerinə, birmənalı şəkildə mənfi rəydə olmaq doğru deyil. Bununla belə, əlbəttə ki, görüləcək işlər çoxdur".
Şura tərəfindən serialların monitorinqinin daim aparıldığını deyən şöbə müdiri, hazırda komediya mövzusunda çəkilən serillarda əvvəlkilərdən fərqli olaraq sətiraltı mənaların, vulqar ifadələrin işlənmə hallarının demək olar ki, müşahidə olunmadığını bildirib.
MilliYol.Az
Digər xəbərlər
loading...