Türkiyədə ABŞ dollarının məzənnəsi bir gündə 6%-dən çox artaraq 3,85 lirəni ötüb
"Bloomberg" xəbər verir ki, Amerika valyutasının kəskin bahalaşmasına səbəb kimi ABŞ və Türkiyə arasında yaranmış siyasi gərginlik göstərilir.
Belə ki, ABŞ-ın Türkiyə vətəndaşlarına viza verilməsini dayandırmasından dərhal sonra Türkiyə də analoji addımı atıb. Bu isə milli valyutanın dollar qarşısındakı məzənnəsinə təsirsiz ötüşməyib.
Qeyd edək ki, Türkiyədə dolların məzənnəsi bu səviyyədə sonuncu dəfə bu il yanvarın 30-da, yəni təxminən 8 ay bundan əvvəl çatıb. Bununla belə, hazırda Türkiyənin nağd valyuta bazarında dollar 3,71 lirəyə bərabərdir. İstənilən halda, ötən həftənin sonu ilə müqayisədə dollar 3% bahalaşıb. (virtualaz.org)
MilliYol.Az
Digər xəbərlər
loading...