Vətəndaş Ruhanə Quliyevanın “28 May” stansiyasında “Samsung J5” markalı telefonunun oğurlanması ilə bağlı etdiyi müraciətdən sonra texniki imkanlardan da istifadə edərək müvafiq əməliyyat axtarış-tədbirləri həyata keçirən Metropolitendə Polis Şöbəsinin əməkdaşları oğrulardan birini “iş başında” yaxalayıblar və növbəti əməlini törətməyə imkan verməyiblər
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 27-də təxirəsalınmaz tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkumluq həyatı yaşayan, paytaxtın Nizami rayon sakini Kənan İsmayılov “Neftçilər” stansiyasının yaxınlığında saxlanılıb.
K.İsmayılov tutarlı faktlar və videogörüntülərdən sonra əməlini etiraf edib. Məlum olub ki, o tək deyil və bu əməli bir neçə nəfərlə həyata keçirib. Videogörüntülərin köməkliyi ilə dəstənin digər üzvləri - əvvəllər Cinayət Məcələsinin müxtəlif maddələri ilə məhkum olunmuş, Nizami rayonunda yaşayan Hikmət Yusubov sentyabrın 29-da, əvvəllər məhkum olunmuş Bərdə rayon sakini Fəqan Qafarov oktyabrın 4-də, dəstənin başçısı, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamış, Bərdə rayon sakini Möhübbət Əliyev oktyabrın 5-də Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin və Metopolitendə Polis Şöbəsi əməkdaşlarının gərgin zəhməti nəticəsində qanuna təslim ediliblər.
Aparılan araşdırmalar zamanı məlum olub ki, onlar ötən müddət ərzində Bakı şəhərində müxtəlif cinayətlər törədiblər.
Metropolitendə Polis Şöbəsinin rəhbərliyi metrodan istifadə edən bütün sərnişinlərə ayıq-sayıq olmağı, əmlaklarına qarşı laqeydlik nümayiş etdirməməyi və hər hansı bir neaqiv hal gördükdə dərhal polisə müraciət etməyi xahiş edir.
Şəkillərdəki şəxslərin əməllərindən zərərçəkənlər polisə müraciət edə bilərlər.
MilliYol.Az
Digər xəbərlər
loading...