Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya rəsmi səfəri başlayıb
“Report” xəbər verir ki, dövlət başçısını səfərdə baş nazirin müavini Fikir Işık, Silahlı Qüvvələrin Baş Qərargah rəis Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu, enerji və təbii ehtiyatlar naziri Berat Albayrak, Avropa İttifaqı üzrə nazir və baş müzakirəçi Ömer Çelik, ətraf mühit və şəhərsalma naziri Mehmet Özhaseki, iqtisadiyyat naziri Nihat Zeybekci, nəqliyyat, dənizçilik və rabitə naziri Ahmet Arslan, meşə və su işləri üzrə nazir Veysel Eroğlu, qida, kənd təsərrüfatı və heyvandarlıq məsələləri üzrə nazir Ahmet Eşref Fakıbaba müşaiyət edirlər.
R.T.Ərdoğan Türkiyə-Ukrayna Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısına qatılacaq, ukraynalı həmkarı Petro Poroşenko ilə görüşəcək, ikitərəfli əlaqələr və regiondakı vəziyyətlə bağlı məsələləri müzakirə edəcək. Səfər zamanı Türkiyə ilə Ukrayna arasında strateji əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsini nəzərdə tutan müxtəlif müqavilə və protokollar imzalanacaq.
Türkiyə prezidenti Ukrayna parlamentinin sədri Andrey Prubiy və baş nazir Vladimir Qrosmanla ayrı-ayrılıqda biraraya gələcək.
R.T.Ərdoğan Ukrayna rəsmiləri ilə görüşdə Krım məsələsi və Krım türklərinin vəziyyəti ilə bağlı fikir mübadiləsi aparacaq. Onun Ukraynadakı Türkiyə vətəndaşları ilə görüşü də nəzərdə tutulub.
MilliYol.Az
Digər xəbərlər
loading...