Böyük Britaniyanın Avropa İttifaqında qalıb-qalmayacağını müəyyənləşdirən referendumun nəticələri məlum olub.
Səsvermədə iştikar edən seçicilərin 52 faizi Britaniyanın Avropa İttifaqından çıxmasına, 48 faiz isə qalmasına səs verib. Beləliklə, Britaniya Avropa İttifaqından çıxıb.
Məlumata görə, 46 milyon 501 min 241 seçiciin 72 faizi səsvermədə iştirak edib.
Bakı vaxtı ilə saat 13.00-da Britaniyanın baş naziri Devid Kemeron referendumun rəsmi nəticələri ilə bağlı bəyanatla çıxış edəcək.
Xatırladaq ki, iyunun 23-də Britaniyada keçirilən referndumda seçicilər iki sualdan birini cavablandırıb: Birləşmiş krallıq Avropa İttifaqının üzvü olmalıdırmı? Birləşmiş Krallıq Avropa İttifaqından çıxmalıdırmı?
Məlumata əsasən, referendumda iştirak etmək üçün 46,5 milyon seçici qeydiyyatdan keçib. Bu rəqəm Britaniya üçün rekord sayılır.(Report)
MilliYol.Az
Digər xəbərlər
loading...