Cümə axşamı, 20 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Məşhur rus yazıçısından yeni roman


Rus yazıçısı Boris Akunin “Erast Fandorinin macəraları” seriyasından sonuncu kitabını bitirib

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, yazıçı romanı redaktə, korrektə kimi texniki məsələləri həll etdikdən sonra, gələn ilin fevralında nəşr etdirəcək.
 
Dedektiv Erast Fandorin haqda roman seriyası 1998-ci ildə başlayıb. Seriya dünyanın 30-dan çox dilinə çevrilib. “Azazel”, “Türk qambiti” və “Şura üzvü” kimi romanları ekranlaşdırılıb.
 
Xatırladaq ki, yazıçının son kitabı bu ilin iyulunda çap olunub. “Üçgözün yeddiliyi” adlanan roman “Rusiya dövlətinin tarixi. 17-ci əsr” cildinə bədii illüstrasiyalardır.

MilliYol.Az
Etiket:

loading...