Moldova bu dördlükdə zəif halqa olaraq qalmaqdadır
Teleqraf.com-un məlumatına görə, bunu siyasi icmalçı Elxan Şahinoğlu bildirib.
Qeyd edək ki, sabah GUAM-ın (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) təsis edilməsinin 20 ili tamam olur. Bu münasibətlə oktyabrın 8-də Tbilisidə GUAM üzv dövlətləri Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib. İclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak və çıxış edib.
E.Şahinoğlu bildirib ki, 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən və 2014-cü ildə Krımın işğalından sonra GUAM-dan səs çıxmırdı: “İndi üstündən illər keçdikdən sonra GUAM ölmədiyini, ayaqda olduğunu göstərməyə çalışdı. Hətta elan olundu ki, fərqli ölkələr GUAM-a maraq göstərirlər. Təki elə olsun. Önəmli olan 4 ölkə arasında əməkdaşlığı gücləndirmək, ortaq iqtisadi, enerji və nəqliyyat layihələrini hərəkətə gətirməkdir. Sadəcə, bu dördlükdə Moldova zəif halqa olaraq qalmaqdadır”.
Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM regional təşkilatdır. 1997-ci il oktyabrın 10-da yaradılıb. 1999-2005-ci illərdə Özbəkistan da təşkilatın üzvü olub. Təşkilatın adı üzv ölkələrin adlarının ingilis dilindəki baş hərflərindən əmələ gəlir. Özbəkistanın üzv olduğu dövrdə təşkilat GUUAM adlanırdı.
MillİYol.Az
Digər xəbərlər
loading...