Avropa Xarici İşlər Xidmətinin baş katibinin müavini Jan-Kristof Bellard Azərbaycana gəlib
Report xəbər verir ki, ikigünlük səfər çərçivəsində J.-K.Bellard ölkə rəsmiləri ilə bir sıra görüş keçirəcək, o cümlədən onun Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü gözlənilir.
Görüşlər zamanı Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən "Şərq Tərəfdaşlığı" proqramı müzakirə olunacaq.
Xatırladaq ki, növbəti "Şərq Tərəfdaşlığı" sammiti noyabrın 24-də Brüsseldə keçiriləcək.
MilliYoL.Az
Digər xəbərlər
loading...