Azərbaycanda direktor toya pul əvəzinə diplom saldı: “İxtisası özün seç“ Ağdamdan Səlim Müslümova müraciət: “Gəlin özünüz yoxlayın və görün ki…” Sabirabadın icra baçşcısı haqqında yayılan malumat yalan çıxdı Avropada qadın müəllim azyaşlı azərbaycanlıya dəhşət yaşatdı (FOTO)
 

Faiq Ağayev: “13-14 yaşında sekslə məşğul olurlar”

Tarix 09.10.17, 11:49

Font ölçüsü : - / +
bitmap-img6


Kulis.az yazıçı-jurnalist Cəlil Cavanşirlə Xalq artisti Faiq Ağayevin söhbətini təqdim edir:


Azərbaycan Respublikasının Xalq artisti, sevilən müğənni Faiq Ağayevi əksər həmkarlarından fərqləndirən onun ədəbiyyata, mütaliəyə, ədəbiyyat adamlarına olan münasibətidir. Onu tanıyan hər kəs gözəl həmsöhbət, maraqlı insan olmasını etiraf edir. Qonaq olduğu televiziya proqramlarında, verdiyi müsahibələrdə sərrast düşüncəsi, savadlı münasibəti ilə hər zaman fərqlənir.
 
Onunla dostluğumuz sosial şəbəkədə başlayıb. Dəfələrlə yazdığım yazılara maraqlı və özünəməxsus şəkildə münasibət bildirib, işin-gücün arasından vaxt tapıb kitab təqdimatımda iştirak edib, eyni zamanda sonuncu romanımla bağlı fikirlərini bildirib. Təxminən beş il öncə müsahibəyə razılaşmışdıq, alınmadı. Ortaq nöqtələrimiz, ediləcək söhbətlərimiz olduğuna əmin olduğum üçün, Faiq Ağayevlə görüşmək planım həmişə qüvvəsindəydi. Təşəbbüs sevimli sənətkarımızdan gəldi. Sakit, zövqlü məkanların birində görüşüb həm payızın gəlişini qeyd elədik, həm də doyunca söhbətləşdik. Və 3-4 saatlıq görüşümüz o qədər maraqlı keçdi ki, foto çəkdirməyə fürsətimiz olmadı. Xalq artistimiz bu söhbətdən nə qazandı, bilmirəm. Mən maraqlı bir həmsöhbəti, intellektual bir insanı, dəyərli bir dostu kəşf etdim.
 
Ordan-burdan danışıb söhbətə körpü salıram. Bir növ isinmə hərəkətləri... Son şeirlər kitabımı hədiyyə edirəm, dərhal nəzakətlə avtoqraf yazmağımı xahiş edir. Şeiri sevdiyini, arada şeirlər yazdığını bildiyim üçün, şeirdən söz salıram. Bayırda şırhaşır yağış yağır, adama bir siqaret yandırıb ilk tanışlığın gərginliyini qovuruq, həmsöhbətim isə şeirdən danışır:
 
- Şeiri çox sevirəm. Şeir digər yazı janrlarından daha çətindir. Müəyyən çərçivə daxilində fikirlərini ifadə etməlisən. Daxili ritm, qafiyə, heca bölgüsü var. Bəlkə də bütün bunlara görə şeiri istədiyin şəkildə yaza bilməzsən. Amma şeir insanın daxili dünyasını ifadə etmək üçün əvəzsizdir. Ümumiyyətlə, musiqi və ədəbiyyat insanın daxili dünyasını ifadə etmək üçün ən gözəl vasitədir. Şeirin ritmi, musiqisi məni cəlb edir. Hərdən yazıram. Amma daha çox romanları, hekayələri, esseləri sevirəm. Orta məktəb və universitet illərində nəsr yazmağa cəhd etmişəm. Sonradan buna vaxtım olmayıb. Nəsr yazmaq üçün vaxt olmalıdır.
 
Dünyada köşə yazarlığı ilə, yazıçılıqla məşğul olan insanlardan danışırıq. Yazmağa həvəsi olsa da, azsaylı oxucu kütləsinə xitab etmək istəmir.
 
- Əvvəllər klip çəkirdik, efirlərdə yayımlayırdıq. İndi sosial şəbəkələr var, “youtube” var və ölkədə klipin televiziya bazarı yoxdur. Milyonlarla insanın maraq dairəsini nəzərə almaq lazımdır. Kitab bazarında da vəziyyət eynidir. Yazıya kifayət qədər maraq yoxdur. Son illər bir qədər münasibət dəyişsə də, ədəbiyyat, publisistika kifayət qədər geniş yayılmır. Yazıb kimə xitab edəcəyəm? Mən kütləviliyə meylliyəm. Kütləviliyə meylli olmasaydım, müğənniliyi seçməzdim. Dar bir çevrə üçün yazmaq istəməzdim. Həmçinin, konkret mətbu orqanda mütəmadi yaza bilmərəm, buna hövsələm çatmaz.
 
Bəlkə də kitab yazsam, dinləyicilərin kitaba, ədəbiyyata marağı artar. Ancaq bir məqamı da deyim, onsuz da mənim dinləyicilərim kitab oxumağı sevən insanlardır. Dünyada tanınmışların memuar yazmaq ənənəsi var. Əgər memuar yazsam, bildiklərimi yazacam. Yazdıqlarıma görə də Azərbaycan şou-biznesində kütləvi intiharlar baş verə bilər (gülür).
 
Bildiklərimi yazmasam, yazdıqlarım maraqlı olmaz. Bu səbəbdən də hələ ki, memuar yazmaq haqqında düşünmürəm.
 
Kütləvilikdən söhbət açıldığı üçün söhbəti bu məcraya, elitar və kütləvi mədəniyyət söhbətinə yönəltməyə cəhd edirəm. Elitar və kütləvi mədəniyyətin sərhədləri haqqında fikir mübadiləsi edirik. Həmsöhbətim kütləvi, populyar eyni zamanda keyfiyyətli sənətin tərəfindədir. Onu kütləviləşməkdən daha çox musiqidə, incəsənətin digər sahələrində, idmanda, ədəbiyyatda, siyasətdə bayağılıq narahat edir. Mən internetin yaratdığı imkanların bayağılığa daha çox şərait yaratdığını düşünürəm. Onun izahatı isə fərqlidir:
 
- Ciddi musiqi, ciddi incəsənət tamam başqa məsələdir. Sovet dövründə klassik musiqini ciddi musiqi hesab edir, estradanı ciddi qəbul etmirdilər. Amma ciddi estrada musiqisi də var. Musiqini iki yerə bölmək olar: keyfiyyətli və bayağı. Hər kəsin özünü ifadə forması var. İnsan özü kimdirsə, ona uyğun da zövqü olur. Bu gün avaralar daha çoxdur və bu tendensiya bütün dünyada var. Zövqü formalaşdırmaq lazımdır. Zorla bu mümkün deyil. Yaxşı nümunə ilə, sevə-sevə bu işi görmək lazımdır. Kütlənin istədiyinin ən zövqlüsünü, ən keyfiyyətlisini ona təqdim etmək lazımdır. Zövq formalaşdırmaq, insanı imana, dinə dəvət etməyə bənzəyir. Bu iş sevgiylə olmalıdır.  İnternetdə kütləvi görünən bəzi şeylər real deyil. İnsanlar populyar olmaq üçün dəridən-qabıqdan çıxır. Bu adamların məşhur olmaq istəyini anlaya bilmirəm. Axı ağıllı insanlar dürr axtarır. Zibil nə qədər çox olsa da, ağıllı insanlar dürr axtarmaqdan yorulmurlar.
 
Mətbuatın və televiziyanın durumu onu da narahat edir. Lazımsız şoular, saytlardakı xəbər başlıqları, hazırlıqsız və savadsız aparıcılar, lazımsız informasiyaların yayılması, qalmaqallar ürəyincə deyil. Reytinq qurbanına çevrilən media, mənəviyyat alveri onu qorxudur. Oxumağı sevsə də,  ədəbiyyatın dünyanı xilas edə biləcəyinə inanmır:
 
- Ədəbiyyat dünyanı xilas etmək gücünü itirir və bu illər keçdikcə daha da möhkəmlənir. Çünki oxuyanların sayı getdikcə azalır. Bəlkə də kino, musiqi insanları xilas edə bilər. Əfsus ki, teatr da öz gücünü itirir. Bir müddət öncə Arif Məlikovun baletini izləyirdim. Arxada oturan cütlük öz arasında söhbət edirdi. Musiqiçi olduğum üçün 17-ci sırada oturanların belə söhbətini eşidə bilirəm. Xanım həyat yoldaşından soruşurdu ki, bunlar nə vaxt danışacaq?. Təsəvvür edin, baletə bu tip insanlar baxır. Mən qorxuram ki, bu gedişlə XX əsrin əvvəllərinə qayıdaq, sənətə mental dəyərlərlə qiymət verək. Son dövrlər incəsənət bəsitləşir. Sənətimizdə yad nəfəslər çoxalır. SSRİ-nin “dəmir pərdəsi” qalxandan sonra yaxın coğrafiyaya üz tutduq. Musiqimizdə ərəb, türk, fars boğazları özünə yer elədi. Baxdıqlarımızdan, gördüklərimizdən ən yaxşısını götürə bilmədik, əfsus. Musiqi bazarında notları bilməyən, alətləri tanımayan, telefona musiqi mızıldayıb, özünü bəstəkar sayanlar meydan sulayır. “Tutuzdurmaq” anlayışı musiqimizin, ədəbiyyatımızın, kinomuzun səthi olmasına səbəb olur. Dərinlik çatmır. İndi sənətə gələnlər pul qazanmağı düşünür, sənət yaratmağı düşünmür. Aktyor, musiqiçi, yazıçı, rejissor, bəstəkar olmaq üçün elm, savad lazımdır. Mütəxəssis olmalısan gərək. Fitri istedad nadir fenomendir.
 
Əvvəllər şəxsi nümunənin çox şeyi həll etdiyini düşünür həmsöhbətim. O sənətə başlayanda Müslüm Maqomayevdən, Polad Bülbüloğludan nümunə götürüb. Mütaliəyə marağı ailədən gəlir. Qardaşının böyük kitabxanası olub. Dünya xalqlarının nağılları, uşaq kitabları onu cansıxıcı sovet dövründə dünyayla tanış edib:
 
- İndi mütaliəyə maraq yox dərəcəsindədir. Bizə peşəkar müəllimlər dərs deyirdi. İndiki müəllimlərin əksəriyyəti isə pulla diplom alan “mütəxəssislər”dir. Bizim orta məktəb dövrü çox maraqlı idi. Təhsil aldığım vaxt məktəbimizdə bir sinif digərini riyaziyyat fənnindən yarışa dəvət edirdi. Dərsin ortasında rəqiblərimizin sinif qapısını döyüb, dəniz quldurları tək butulkaya məktub qoyub, yarışmaya çağırış edirdik. Özfəaliyyət dərnəkləri vardı və mən ifaçılığa özfəaliyyətdən başlamışam. İndi Təhsil Nazirliyi çalışır, aksiyalar keçirir. Mən də qatılıram bu aksiyalara. Bu yaxınlarda dəvət etdilər, “Tom Soyyerin macəraları”ndan bir parça oxudum. Amma bütün bunlar hələ ki, kifayət etmir.
 
Mən anlamasam belə, Freydu yeddinci sinifdə oxumuşam. Yunqla maraqlanmışam. Həmişə fərqlənmək istəmişəm. Bəstəboy insanlar lider olmağa can atır. Basketbolda fərqlənə bilməsəm də, futbolda çox yaxşı yarımmüdafiəçi, əla qapıçı idim məktəb vaxtı. Həmişə çalışırdım ki, bəstəboyluğumdan yox, savadımdan, yaxşı oxumağımdan danışsınlar. İnsanlar özlərinə bənzəməyənləri sevmirlər, buna ksenofobiya deyilir. Buna görə ağlımla, cəsarətimlə, savadımla, mütaliəmlə fərqlənməyə çalışırdım.
 
Düşüncələrini, həyata baxışını uşaqlıqda oxuduğu yunan və roma əsatirləri dəyişib. Fantastika, detektiv, macəra romanlarını çox sevir. Dinamik həyat yaşadığı üçün ağır və yorucu təsvirçilik olan əsərləri sevmir. Seriallara baxmır və seriala baxmağı vaxt itkisi hesab edir. Gözəl filmlərə vaxt ayırmaqdan zövq alır.
 
- Əsərin dinamikası mənim üçün vacibdir. Məsələn, Tolkinin “Üzüklərin əfəndisi” romanı əsər əsasında çəkilən film qədər dinamik deyil. Həddindən artıq təsvirçilik, detalçılıq məni yordu. Bəzi filmlər isə kitablarından daha maraqlıdır. Kinoya baxmağı çox sevirəm, müxtəlif filmlərin qala gecələrinə gedirəm. Bəzilərindən ağız dolusu danışıram, bəziləri haqqında susuram. Məsələn, “Pərdə” filmi haqqında çox xoş sözlər eşitmişəm və yəqin ki, tezliklə baxacam. Seraillara baxmaqdan çəkinirəm. Hardansa oxumuşdum ki, seriala baxmaq insanı axmaqlaşdırır. Seriallardansa kitablar məni daha çox cəlb edir. İki aydır heç nə oxumuram, hərdən belə boşluq olur. Daha çox bestsellerləri oxuyuram. Bestseller sözünün özündə də bir az narahatçılıq var. Bestseller - çox satılan deməkdir. Çox satılan isə ya çörək olur, ya da tualet kağızı. Təəssüf ki, bəzən tualet kağızı alırıq.
 
Qəfildən Marsel Prustdan, Poznerin öz proqramında müsahiblərinə “Prustun sualları”nı ünvanlamasını xatırlayırıq. Həmsöhbətim Prustu oxumağa cəhd etməyib, amma Poznerin sualları Prustdan götürülmədiyinə əmindir və ona görə bu suallar Prustun sualları deyil, daha çox Prustsayağıdır. Amma bu suallardan biri - “Allahla görüşsəydiniz ona nə deyərdiniz?” onun üçün çox maraqlıdır:
 
- Müxtəlif qonaqların bu suala cavablarını dinləmişəm və mənə elə gəlib ki, mən də məhz bu cavabı verərdim. Bu anda isə düşünürəm ki, Allahla qarşılaşsam, ona heç nə deməzdim. Allahın məndən nə isə soruşmasını, mənimlə danışmasını gözləyərdim. Bu dünyada böyük-kiçik anlayışını qoruyuram və o dünyada da yəqindir ki, qoruyacam. İnanclıyam, amma fanatik deyiləm. Dinə münasibətim bir qədər fərqlidir. Məncə, din hakimiyyət üçün istifadə edilmirsə, gözəldir. İslam dini isə digər dinlərlə müqayisədə çox gözəldir, çünki bu dində Allahla bəndə arasında vasitəçi yoxdur. Olur ki, dini kitablar da oxuyuram. Cahil din adamları, axmaq fətvalar mənə çatmır. “Yer kürəsi fırlanmır”, “Kişi ac olanda öz arvadının ətini yeyə bilər”, “Bütün müharibələrin səbəbi qadınların cins şalvar geyinməsidir” tipli söhbətləri axmaqlıq, sanki mağarada yaşayanların cahilliyi hesab edirəm.
 
Uşaqlara və gənclərə özünəməxsus tövsiyələri var. Söhbətlərindən anlayıram ki, uşaq ədəbiyyatının və uşaq mahnılarının kifayət qədər olmaması onu narahat edir. Hətta gözəl bir uşaq mahnısı yazılsa məmnuniyyətlə oxuyacağını deyir. Oxumaqla bağlı tövsiyələrini dilə gətirəndə başa düşürəm ki, biz bir çox məsələdə həmfikirik:
 
- Uşaqlara mütaliəni aşılamaq üçün onlara nağıl oxumaq vacibdir. Övladlarımızı nağıl oxumağa həvəsləndirmək lazımdır. Sadə, asan kitablardan başlamaq, mütaliə vərdişini formalaşdırmaq vacibdir. Musiqi zövqünü formalaşdırmaq üçün isə köhnə Azərbaycan filmlərinin musiqilərinə qulaq asmaq, böyümək üçün Rübabə Muradovanı dinləmək məsləhətdir, məncə.
 
Müasir gənclərin musiqi zövqünü xeyli müzakirə etdik və bayağılığın əslində trendə çevrildiyinin fərqinə vardıq. Gənclərin nümunə götürdüyü şəxslərin parıltılı həyatının yanlış nümunə olduğunu xüsusilə vurğulayır xalq artistimiz:
 
- Gənclər baxırlar ki, intellektual, ciddi savadı olan adamlar əziyyət çəkir. Məsələn, sizi götürək. Gənclər baxır ki, Cəlilin son model telefonu, bahalı maşını, brend geyimləri, deyək ki, yaxtası yoxdur. Bu, artıq onlar üçün cəlbedici deyil. Amma hansısa bayağı müğənninin dəbdəbəli həyatı nümunədir. Müğənnilərimizdən biri də efirdə demişdi ki, alimin də soyuducusuna baxın, mənim də. Əslində, mən onu ürək ağrısı ilə qəbul etdim. Haqlı idi, amma hesab edirəm ki, fikirlərini düzgün ifadə etməmişdi.
 
Siz bir yazar olaraq, asan qazanc, "lüks həyat" arzusunda olanlar üçün göstərici deyilsiniz. Sizin haqqınızda ən yaxşı halda deyəcəklər ki, “acından günorta durur”. O tip insanlara zahiri parıltı lazımdır, mənəviyyat lazım deyil. Mən bəzən gənclərlə söhbət edəndə deyirəm ki, sizi anlamıram. 13-14 yaşında sekslə məşğul olurlar, 14-15 yaşında narkotik qəbul edirlər, olmazın ekstrimlərin dadına baxırlar. Elə yaşayırlar ki, 30 yaşında həyata marağını itirirlər. İndi təəssüf ki, gənclər tamam başqa meyarlarla yaşayır.
 
Əslində söhbətimiz  minor notlarda yekunlaşmadı. 3-4 saatlıq söhbətimizin bütün detallarını yazmaqla, sizləri yormaq istəmirəm. Ona görə də yazını burada yekunlaşdırmağı münasib bildim.
 
MilliYol.Az



Xəbərin oxunma sayı : 4021

loading...

Müsahibə

Önəmli

Son xəbərlər

23 OKTYABR 2017

15:28 “Exo Moskva“ radiostansiyasına hücum: Aparıcı boğazından yaralandı

15:23 "Türkmənistan qazının İran üzərindən Azərbaycana nəql olunmasında problem yoxdur"

15:12 Məhbusların qaçması faktı ilə bağlı iki maddə üzrə cinayət işi başlanıb

15:05 2018-ci ilin büdcə layihəsi tənqidlə qarşılandı

14:47 Ölkədə bəzi Olimpiya komplekslərinin tikintisi dondurulub –Nazir “pul olsa inşa edərik” dedi

14:42 Emin Ağalarov səhnədə ağladı - video

14:38 Navalnı azadlığa çıxdı –Və yeni mitinqə qatılmaq üçün Həştərxana yola düşdü

14:33 Azərbaycan, Türkiyə və İran XİN başçılarının Bakıda görüşü dekabrda keçiriləcək

14:28 Deputatın davranışına görə mandatdan məhrum edilməsinə dair layihənin müzakirəsi təxirə düşüb

14:23 İsveç Şimali Koreyadan 43 il əvvəlki borcunu tələb edib

14:17 "Həmsədrlər əvvəlcə söz verib, sonra başqa addım atan Sarkisyan barədə nə düşünürlər?"

14:12 Dalana dirənən ədəbi azadlığımız – İradə Musayevanın Elçinə Cavabı

14:05 Qaçan məhkumlardan biri “Qoca”nın adamıdır

13:33 Moskvada qadın icazəsiz Azərbaycan səfirliyinə girmək istəyib

13:27 "Avropada da heç kim Azərbaycanın Avropa Şurasından çıxmasını istəmir"

13:22 Azərbaycan gələn il iqtisadi islahatlara 700 mln. manat ayıracaq

13:17 Biləsuvarda polis əməliyyat zamanı 6 kq narkotik müsadirə edib

13:12 Vaşinqtona dəvətli olan Baş qərargah rəisi təyyarədən endirildi

13:07 Şəhid əsgər dəfn edildi

13:02 Bakıda kriminal film: “Lotu Quli“nin yaxın adamları həbsdən qaçdı - Şok

12:55 Azərbaycanlı tələbə birgə yaşadığı qadını qətlə yetirib

12:47 Serenayla Kərəm uzun ayrılıqdan sonra qovuşdular

12:42 Sabaha olan hava proqnozu – Yağış yağacaq

12:37 Rafiq Hüseynov müalicə üçün Almaniyaya aparılıb

12:32 Azərbaycanda ictimai iaşə dövriyyəsi artıb

12:27 “Cenevrə görüşündən sonra Azərbaycan əsgərini qətlə yetirən Ermənistan....”

12:23 Koreyada müharibə olimpiadadan sonra başlaya bilər

12:17 Avstriya SOROS Fondunu qadağan edir - sensasion gəlişmə

12:13 Neftçalada məmur maraqları toqquşur – İddia

12:09 Penitensiar Xidmət iki məhkumun qaçması haqqında məlumat yayıb

12:05 "İraqda həbsdə olan azərbaycanlıların azadlığa buraxılması istiqamətində işlər görülür"

11:55 Bığlı Mona Lizaya 743 min dollar verdilər

11:50 Bu gün FİFA ilin ən yaxşılarını mükafatlandıracaq

11:42 Birjalarda neft bahalaşır

11:38 İranda 5,1 bal gücündə zəlzələ baş verib

11:34 İran iqtisadiyyat nazirinin Bakıya səfərinin tarixi dəyişib

11:30 Özbək milyarder və baş prokurorun oğlu Putinin iqamətgahını necə ələ keçirmək istəyib?

11:24 London Vaşinqtonun əvəzinə Pekini seçir – Təhlil

11:20 Kriminal avtoritet həbsdə ölüb

11:15 Azərbaycan XİN başçısı İtaliyaya yola düşüb

11:05 İlkin getdi, finala onlar qaldı

11:00 Ərzaq mafiyasından xalqa ölümcül zərbə - bazara saxta yağlar çıxarılır

10:55 “BakuBus”da gediş haqqı 45 qəpik ola bilərmi?

10:50 Beyləqanda 26 yaşlı oğlan intihar edib

10:46 Azərbaycanlı qız gözəlliyi ilə “O səs Türkiyə”ni heyran etdi - Video

10:42 İstirahət günləri yol qəzalarında 5 nəfər ölüb, 15 nəfər xəsarət alıb

10:37 Yaponiyada güclü qasırğa baş verib:ölən və yaralananlar var

10:33 Türkiyənin “Kərkük dəhlizi”: türkmanlar belə xilas ediləcək

10:27 Keçmiş əri aparıcının sevgilisi haqda: "Yeni qurban"

10:23 “Azəristiliktəchizat”da səmərəsiz xərclərə yol verilib – Yeni qanunsuzluqlar

10:17 Sərkisyanın cavabı İstanbuldan verildi - düşmənə sərt ismarış

10:13 Qaçan məhkumların kimliyi və nədə ittiham edildikləri məlum olub

10:09 Cəbhədə atəşkəs 123 dəfə pozulub

10:05 “Valyutadəyişmə məntəqəsi açmaq üçün şərtlər çox ağırdır”

21 OKTYABR 2017

19:55 Maria Şarapova necə reklam dünyasının simasına çevrildi?

14:26 Prezident mükafatları artırılır: ayda 500 manat...

14:14 Azərbaycanda direktor toya pul əvəzinə diplom saldı: “İxtisası özün seç“

14:00 Türk yazar Azərbaycan xalqından üzr istədi (FOTO)

12:30 Zakir Həsənov odruya tapşırıq verdi: təxribatların qarşısı dərhal alınsın (FOTO)

12:23 İcra başçısı yeni klub yaratdı (FOTO)

12:03 Ramil Usubov xidmət rəislərinə tapşırıq verdi

11:16 Artur Rəsizadə Dövlət Komitəsinin 3 xidmətini ləğv etdi

11:09 İnanılmaz iddia: öldükdən sonra da beyniniz işləyir

11:00 Bakıda biabırçılıq: 14 yaşlı qız evli kişidən uşaq dünyaya gətirdi…

20 OKTYABR 2017

17:55 “Dəniz Baykal yanlış müalicə edilib, əks halda o, indi...” -şok iddia

17:47 “Avtobusda yaşlı adama yer vermək ona ziyandır”

17:42 Ərdoğan Məsud Bərzani ilə görüşmək istəmədi

17:38 “İran Suriyada hərbi baza qurmaq planı üz rində işləyir“

17:33 Leyla Şıxlinskayanın 30 min manatlıq üzüyünü satmaq adı ilə alan qadına şərti cəza verilib

17:23 “Kreditə görə 2 illik həbs edilənlərə xərclənən vəsaitlə 2 min ailəni mənzillə təmin etmək olar”

17:18 İspaniya Kataloniya parlamentini buraxır

17:13 Moskva və Bütün Rusiyanın patriarxı Kirill Azərbaycan prezidentinə məktub göndərib

17:09 Dünyanı gözləyən qorxunc təhlükə: Əsl rəngi sarı olmayan Günəş sönsə...

17:05 Azərbaycanın makroiqtisadi sabitliyinə təsir edə biləcək risklər açıqlanıb

16:50 "Məscidləri dağıdan Ermənistan heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz"

16:43 “Yoldaşımın aparıcılıq etməsinə icazə vermirəm“ - Elvin

16:38 Moskvada ermənilərlə taciklər arasında kütləvi dava

16:33 Putin ABŞ-ı hədələdi –Yeni silahlanma yarışı başlayır

16:17 Avropa Birliyi Kataloniya məsələsinə qarışmayacaq – Donald Tusk

16:05 “Azərbaycanın xarici dövlət borcu ÜDM-un 20 faizindən azdır”

15:50 Dövlət qulluğu sahəsində 8 minədək boş yer var

15:43 Oksanadan İslama cavab: “Səndə kişilik deyilən şey varsa...”

15:38 Uşaq hüquqları ilə bağlı seminar keçirildi (FOTOLAR)

15:32 Qaradağda satıcı mağazadan 30 min manat pul oğurladı

15:27 "Ərim evə gəlmirsə, əcəb edir" - Elnarə

15:23 Yeni modeldə buraxılış imtahanında maksimum bal 300, qəbulda 400 bal olacaq

15:18 Hay-küyə səbəb olan layihə Milli Məclisin gündəliyindən çıxarıldı

15:12 İŞİD-dən alınan Raqqada Öcalanın portreti asılıb: “SDG ilə çalışırıq…”

15:05 Azərbaycan Prezidentinin Türkiyəyə səfəri başa çatdı

14:53 Pensiya və müavinətlər üçün dövlət büdcəsindən ayrılan vəsait artırılır

14:47 Salyanda fermer 40 qadını pambıq sahəsində işlədib, pullarını vermir

14:40 Hökumət borclanma siyasətini sərtləşdirir

14:35 BMT Kərküklə bağlı bəyanat verdi

14:30 “Qalatasaray” adını dəyişdirsin - Bahçeli

14:25 Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə 5 milyon manat ayrılıb

14:20 “Lənkəranski”nin varidatı uğrunda savaş gedir - “Qanuni oğru”lar nəyi bölmək istəyirlər?

14:16 İspan nəşri “Qarabağ“la bağlı “erməni” səhvini düzəltdi

14:12 Gələn il büdcədən sosial ipotekaya 250 milyon manat ayrılacaq

14:05 Bibiheybət yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

13:52 Malik İsaqov Yasamalın yeni icra başçısı olacaq?!

13:49 “Şanxay“ sakinləridən Mehriban Əliyevaya müraciət: “Bəzi işbazlar...“

13:40 Avropanın ən ucqar və ən gənc paytaxt şəhəri - Astana

13:35 2018-ci ilin dövlət büdcəsindən elm sahəsinə ayrılan vəsaitin həcmi açıqlanıb

13:17 Gələn il Azərbaycanda 1,5%-lik iqtisadi artım olacaq - Rəsmi

13:12 “Naxçıvandakı hərbi potensial işə düşsə, Ermənistanda daş-daş üstə qalmayacaq!”

13:05 Parlamentdə Avropa Şurası müzakirələri: “Onlara heç “cənab” sözü də yaraşmır”

13:00 Azərbaycana gətirilən avtomobillərin sayı 70% artıb

12:55 Gələn ilin dövlət büdcəsində neftin baza qiyməti 45 dollardan götürülüb

12:50 “Ukraynanın hakim partiyasının deputatlarının Azərbaycanla bağlı qətnaməyə bitərəf qalması doğru deyildi”

12:45 Sumqayıtda iranlı tələbəni öldürən dəstənin qadın üzvü həbs edilib

12:40 İlham Əliyev və Ərdoğanın iştirakı ilə D-8 Zirvə görüşü başlayıb

12:35 Hava yağmursuz keçəcək, duman olacaq

12:23 ABŞ səfiri Marneulidəki insidenti qəbulolunmaz zorakılıq adlandırıb

12:19 “Lənkəranski”nin varidatı uğrunda qırğın: göy bazarı, Türkiyə və İtaliyadakı əmlaklar...

12:17 Türkiyə parlamentinin üzvü Çavuşoğlunu İlqar Məmmədova dəstək verməyə çağırdı

12:12 "AŞPA-nın son sessiyası başqa sessiyalardan fərqli olaraq bizim üçün o qədər də asan keçmədi"

12:05 Xatunla Elşad davasına Oksana qoşuldu: "Xosenin dırnağı qədər ağlın yoxdur"

11:55 Sorğu: Amerikalıların 42%-i Donald Trampı ABŞ tarixinin ən pis prezidenti hesab edir

11:50 Çakır "Eşkiya"dan ayrılır? - Müəmmalı paylaşım

11:42 Neft fondunun aktivləri 36 milyardı ötdü



loading...
Maria Şarapova necə reklam dünyasının simasına çevrildi?

Maria Şarapova, bu yaxınlarda “Qarşısıalınmaz. Mənim həyatım” adlı avtobioqrafik kitabını ictiamiyyətə təqdim edib. Forbes bu kitabda rusiyalı tennis ustasının biznes karyerasında dair maraqlı təfərrüatlar tapmışdır.
Türkiyə parlamentinin üzvü Çavuşoğlunu İlqar Məmmədova dəstək verməyə çağırdı

Türkiyədə kürd partiyası HDP-dən olan millət vəkili (İzmir), Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin üzvü Ertoğrul Kürkçü xarici işlər naziri Mövlud Çavuşoğluna məktub yazaraq onu Avropa Şurasının Nazirlər Komitəsində Azərbaycanda həbsdə olan REAL lideri İlqar Məmmədova dəstək verməyə çağırıb
Tia.az saytı 8 yaşında

Bu gün Tribuna İnformasiya Agentliyinin (Tia.az) 8 yaşı tamam olur.
“Turan“a qarşı vergi sanksiyası ləğv olundu

Vergilər Nazirliyinin Bakı şəhər Lokal Vergilər Departamenti 2014-2016-cı illər üzrə “Turan” İnformasiya Agentliyinə təyin etdiyi 37 min manat məbləğində əlavə vergi sanksiyasını ləğv edib.
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016