Azərbaycanın Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində kibercinayətkarlıq mövzusunda regional konfrans başlayıb
AzVision.az-ın məlumatına görə, regional konfrans Beynəlxalq Prokurorlar Assosiasiyası (İAP), Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Avropa Şurası tərəfindən təşkil edilib.
Tədbirdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov, İAP-ın Baş katibi, Prokurorları Birləşdirən Elektron Cinayət Şəbəkəsinin (GPEN)N sədri və Eurojustda Hollandiyanın milli üzvü Han Moraal, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin siyasi bölməsinin rəhbəri Denis Daniildis, Avropa Şurasının Bakı ofisinin rəhbəri, səfir Zoltan Hernyes və başqa şəxslər iştirak edirlər.
Açılış nitqində K.Əliyev bildirib ki, kibercinayətkarlıq bütün dünya üçün aktual problemdir: "Tədbirə 70-ə yaxın iştirakçı qatılıb. Onlardan 46-sı Şərqi Avropa, Baltik ölkələrindən, Türkiyədən, İrandan qatılıblar. Hesab edirəm ki, 3 gün davam edəcək tədbirdə çox maraqlı müzakirələr olacaq. Azərbaycan hökuməti cinayətkarlığın bütün növlərinə qarşı mübarizə aparır".
Qeyd edək ki, regional konfrans oktyabrın 11-dək davam edəcək.
MilliYol.Az
Digər xəbərlər
loading...