Azərbaycan millisi "DÇ-2018"in seçmə mərhələsində çıxışı başa vurub. MilliYol.Az xəbər verir ki, yığmamız son oyunda Almaniyanın qonağı olub.
C qrupunun 9 oyununda 27 xal toplayan Almaniya bu matçadək dünya çempionatına vəsiqəni təmin etmişdi. Bu səbəbdən baş məşqçi millimizlə oyunda ikinci heyətə verəxəyini əvvələdən açıqlamışdı.
Millimiz isə ən yaxşı halda 4-cü yerə ümid edirdi. Bunun üçün isə mütləq Almaniyadan xal almaq və Norveçin evdə Şimali İrlandiyaya yenilməsini gözləmək lazım idi.
Oyuna fəal başlayan Almaniya 9-cu dəqiqədə Leon Qoretzka ilə hesabı açıb. 34-cü dəqiqədə Ramil Şeydayev gözəl qolla bərabərliyi təmin edib və ilk yarı 1:1 hesabı ilə başa çatıb. İkinci yarıda daha da fəallaşan almanlar 4 qol vurub. 55-ci dəqiqədə Sandro Vaqner, 64-cü dəqiqədə Antonio Rudiger fərqlənib. İki dəqiqə sonra Leon Qoretzka dubl edib. Son nöqtəni isə 81-ci dəqiqədə Emre Can qoyub. 5:1 hesabı ilə qalib gələn Almaniya seçmə mərhələni maksimum nəticə ilə başa vurub.
Beləliklə, Azərbaycan millisi seçmə qrup mərhələsində həm evdə, həm də səfərdə Almaniya millisini məyus edən yeganə komanda olub. Bundestim indiyədək cəmi 4 qol buraxıb ki, onların da yarısı Azərbaycanın payına düşür. Digər tərəfdən, bu oyunadək Almaniya öz meydanında heç bir komandadan qol buraxmamışdı. Azərbaycan millisi Bundestimə belə aqibəti yaşadan ilk komanda olub. Martın 26-da Bakıda keçirilmiş oyunda Dmitri Nazarov fərqlənib. Həmin oyunda Bundestim böyük hesabla qalib gəlib - 4:1. Hazırda isə hesab bərabərdir - 1:1.
DÇ-2018
Seçmə mərhələ
C qrupu
Almaniya - Azərbaycan 5:1
Qollar: Leon Qoretzka, 9; 66. Sandro Vaqner, 55. Antonio Rüdiger, 64. Emre Can, 81 - Ramil Şeydayev, 34.
Digər xəbərlər
loading...