Payızın gəlişi ilə yağış mövsümü də başlayır. İntensiv yağışlar avtomobillərdə bir sıra problemlərin yaranmasına gətirib çıxarır. Bəs sürücülər pis hava şəraitində yollarda qalmamaq üçün avtomobilin payız mövsümünə hazırlığını hansı şəkildə aparmalı, nələrin olmasına və avtomobilin hansı detallarının təmizlənməsinə diqqət etməlidirlər?
“Qaynarinfo”ya açıqlama verən avtomobil mütəxəssisi və "Avtotemir.az" saytının nümayəndəsi Əli Sultanov payız mövsümündə sürücülərə bir sıra vacib tövsiyyələr verib:
“İlk növbədə avtomobilin kapotu ilə ön şüşə arasındakı su drenajları təmizlənməlidir. Çünki yay boyu oraya toz-torpaq və yarpaqlar dolur, nəticədə həmin hissə tutulur. Belə olan halda, yağış yağarkən su həmin vannanın içərisinə dolur və mühərrikin ön döş hissəsindən avtomobilin içərisinə daxil olaraq beyni və ayaqaltı hissəni korlayır. Həmçinin avtomobilin dam hissəsində yerləşən lükun çıxışları olur ki, onlar da mütləq şəkildə təmizlənməlidir. Digər diqqət yetiriləsi yerlərdən biri avtomobilin şinləridir ki, sürücülər şinlərdəki protektorlara nəzər yetirməlidirlər. Yağışlı havada təhlükəsizliyi təmin etmək üçün protektorları yeyilmiş şinlər yenilənməlidir. Maşının ayaqaltı hissəsində rezinlərin, həmçinin arxa şinlərin ön hissəsində yerləşən tıxacların olmasına diqqət edilməlidir. Çünki tıxaclar olmadıqda toz-torpaq, palçıq ora dolur və nəticədə karroziya gedir, avtomobilin həmin hissələrində çürümə baş verir”.
Ekspert həmçinin yağışlı yollarda avtomobillərin yüksək sürətlə sürülməsinin yaratdığı problemlərdən də söz açıb:
“Əgər yolda olan su şinlərin yarısına çatırsa, həmin ərazidən ehtiyatla keçilməlidir. Həmçinin qarşıdan avtomobil gəlirsə, onun keçməyini gözləmək lazımdır. Çünki hər iki avtomobilin eyni zamanda hərəkəti ilə su dalğası toqquşur və toqquşma nəticəsində yüksələn su avtomobilin sorma hava yollarına daxil olur. Həmin hissəyə daxil olan su sorma nəticəsində yanma filtrinə daxil olur ki, bu da böyük problemlərin yaranmasına gətirib çıxara bilir”.
MilliYol.Az
Digər xəbərlər
loading...