Mənfi fikirlərdən xilas oldu
Melissa Ben-İshay vaxtilə reklam sektorunda fəaliyyət göstərən bir şirkətdə çalışırdı. 2008-ci ilə qədər bu şirkətdə işləyən Melissa gözləmədiyi bir vaxtda işdən qovulur. Gözü yaşlı bir şəkildə evinə gələrək, həmin gün özü üçün kiçik “cupcake”-lər hazırlamağa başlayır.
O günlərdə Melissa nələrsə bişirərək həm özünü sakitləşdirir, həm də öz sevimli hobbisi ilə məşğul olurdu. Çox qısa bir müddət sonra bu hobbi onun işinə çevrilmişdi. Bu gün sahib olduğu “Baked by Melissa” şirkəti öz kiçik “cupcake”-ləri ilə 13 mağazada satış həyata keçirir və eyni zamanda xarici ölkələrə ixrac olunur. Gəlin bu uğur hekayəsinə daha yaxından baxaq.
Mənfi fikirlərdən xilas oldu
Melissa işdən ayrıldığı zaman qardaşı ona mənfi enerjisini hər hansısa bir işlə çıxarmağını məsləhət görmüşdü. CNBC-yə verdiyi müsahibədə o günləri xatırlayaraq deyirdi: “Ya evə gedib ağlayacaqdım, ya da hərəkətə keçərək, sevdiyim işi görəcəkdim və “cupcake” bişirəcəkdim” və əlavə edirdi “Siz həmişə mənfi fikirlər arasında bata və ya müsbət fikirlərlə özünüzü “üzə” çıxara bilərsiniz. Mən işdən qovulduğum gün müsbət tərəfi seçdim.”
Melissa Ben-İshay qovulduqdan sonrakı vaxtlarda öz işinin sahibi ola biləcəyinin fərqində deyildi. Bir tərəfdən reklam sektorundakı işini davam etdirmək üçün müxtəlif şirkətlərlə iş görüşlərinə, müsahibələrə gedir, tanıdığı şəxslərlə əlaqə saxlayır digər tərəfdən isə hazırladığı “cupcake”-lərə olan marağı ölçmək üçün catering şirkətlərini yoxlayırdı.
O, öz biznesi olan “Baked by Melissa”-ya heç sərmayəsi olmadan, plansız şəkildə başladı. Melissa o dövrki çarəsizliyini bu sözlərlə izah edirdi: “Xatırlayıram ki, bir dəfə qardaşımı qucaqlayıb “mən kiməmki ?” deyə ağlayırdım”
Melissa, bir neçə ay öz evinin mətbəxində “cupcake” bişirərək çatdırılmasını özü həyata keçirirdi. Bunu bəzən avtobusla, bəzən də metro vasitəsi ilə edirdi. Sonrakı dövrdə isə o catering şirkətləri ilə yenidən görüşlər keçirərək necə bir məhsula tələbin olduğunu araşdırmağa başladı. Məhz kiçik, bir dişləmlik “cupcake” fikri beləliklə ortaya çıxmışdı.
Melissanın “cupcake”-ləri hazırda 13 ayrı mağazada satılır və müxtəlif catering şirkətləri vasitəsi ilə xüsusən istirahət zonalarındaki otellərin zəngin menyularında öz yerlərini alır.
Mənbə: bizplus.az
Digər xəbərlər
loading...