ABŞ Federal Ehtiyat Sisteminin (FED) dekabr ayında uçot dərəcəsini artırma ehtimalı 73,3%-ə çatıb
MilliYol.Az "Report"-a istinadən xəbər verir ki, 3 həftə əvvəl əgər bu ehtimal 46,7% təşkil edib.
ABŞ Prezidenti Donald Trampın ötən həftə vergi islahatları ilə bağlı açıqlamaları yerli şirkətlərin daha sürətli iqtisadi artıma və daha çox investisiya etməsinə yol açacağı ilə bağlı gözləntilərini yüksəldib.
San-Fransisko FED-in rəhbəri Con Uilyams faizləri artırmaq üçün inflyasiyanın artmasını gözləməyə ehtiyacın olmadığını açıqlayıb. Filadelfiya FED-in rəhbəri Patrik Harker isə CNBC telekanalına müsahibəsində dekabr ayında faizləri artırmağın tərəfdarı olduğunu açıqlayıb.
Qeyd edək ki, FED-in dekabr ayının 12-13-də keçirəcəyi iclasda uçot dərəcəsi ilə bağlı qərarını açıqlaması gözlənilir.
MilliYol.Az
Digər xəbərlər
loading...