Kürdəmirin icra başçısı fəhlələrin pulunu niyə vermir? Neftçalanın Qoltuq kəndində nə baş verir: otlaq sahələri niyə şumlanır? (FOTOLAR) “Salyan postu”nda sürücülər üçün yenilik - FOTO/VİDEO Bakı sakini: “Ekspertiza rəyinə baxmayaraq, məhkəmə iddiamı təmin etmədi“
 

Sultanın azyaşlı qızlardan ibarət hərəmxanası, sel kimi axan neft milyardları...

Tarix 06.10.17, 16:33

Font ölçüsü : - / +
bitmap-img6


Bruneydə sultan Həsənal Bolgiahın hakimiyyət başına gəlməsinin 50 illiyi münasibətilə təşkil edlən təntənələr başa çatıb


Tailiand kralının ölümündən sonra o, dünyada ən uzun müddət hakimiyyətdə olan monarxdır. Onun təbəələri bütün mümkün sosial rifaha görə sevimli sultana minnətdardır. Sultan onlar üçün şəriət qanunları tətbiq edib, hərçənd özü bu qanunlara əməl etmir: çoxsaylı qadınlardan ibarət hərəmxana saxlayır, xəzinə milyardlarını saraylara, dəbdəbəli avtomobillərə və hərəmxanasından olan azyaşlı qızlarla seks-ziyafətlərə xərcləyir. Virtualaz.org xəbər verir ki, “lenta.ru” dünyanın ən varlı hökmdarlarından biri haqda yazıb. Həmin məqalənin tərcüməsini təqdim edirik:

***

“Sultan Həsənal Bolgiahın və qardaşı Ceffrinin pulları ilə bu dünyada bütün xəstəlikləri müalicə etmək olar. Problem təkcə ondadır ki, onları qalan insanlar heç maraqlandırmır”-sultan ailəsinin yaxınlarından biri vaxtilə “Fortune” jurnalına belə demişdi.

Sultan və onun tayfasının hansı dəbdəbə içərisində üzdüyünü dünya ilk dəfə 2011-ci ildə “Vanity Fair” jurnalının qalmaqallı məqaləsindən öyrəndi. Sultanın təəbələri onun xəzinə milyardlarını hara xərclədiyini o vaxta qədər müzakirə belə edə bilməzdilər, buna görə onları həbsxana gözləyirdi. Həmin il onlar jurnaldan oxudular ki, sultanın sarayında 1700 otaq , 257 hamam otağı, beş hovuz, məscid, beş min nəfərlik banket zalı və 110 maşın tutan qaraj var.

Lakin bu da hamısı deyildi. Sultanın ailəsi dəbdəbəli “The Dorchester Hotel” otelləri şəbəkəsinin, 17 təyyarənin, 9 min avtomobilin, dünyanın 12 ölkəsində 150-dən çov evin və bir çox digər sərvətlərin sahibidir.

Neft çay kimi axır, qızlar masaların üstündə rəqs edir...

Adama elə gələrdi ki, bu cür nağılvari sərvətlərə malik sultanlıqda qayğısız həyat barədə danışmaq olar. Hər şey Bolgiahın xeyrinə idi: 20112-ci ildə “Forbes” jurnalı xəbər verdi ki, neftlə və qazla zəngin olan Bruney, Borneo yarımadasının şimal-şərqində yerləşən bu ölkə dünyanın ən zəngin beşölkəsindən biridir. Bruney 1970-ci illərdən neft ixrac edir, ölkə büdcəsinin gəlirlərinin 90 faizi neftdən gəlir. Məhz 70-ci illərdə Amerikanın “Shell” şirkəti Bruneyə gəlib. O vaxtdan Bruneyi zarafatla “Shelıfare”, yəni “Shell” şirkətinin hesabına yaşaya dövlət adlandırırlar.

Ölkə neft hesabına varlandıqca sultan və onun yaxınları özlərini də yaddan çıxarmırdılar: neft gəlirlərindən payını alan monarx və yaxınları tezliklə dünyanın ən zəngin adamlarından birinə çevrildilər. Əlahəzrətin təəbələri isə siyasi partiyaların, müxalifətin, seçkilərin və müstəqil KİV-lərin nə olduğunu bilmir. Bütün bunlar Bruneydə qadağandır. Əvəzində Həsənalın təəbələri pulsuz təhsil, səhiyyə, yüksək pensiyalar və ev, maşın alarkən çox aşağı kredit faizləri ilə təmin olunublar.

Sultan 50 illik yubileyinə Maykl Ceksonu çağırmışdı və ona 17 milyon dollar qonorar vermişdi. Həsənal Bolgiah öz şəxsi təyyarəsini qızıl və daş-qaşlarla bəzədilmiş saraya çevirib. Qohumlarına və dostlarına hədiyyələrə cəmi 17 milyard dollar xərcləyib. Məsələn, sultan qızının ad günündə ona 100 milyon dollarlıq “Airbus A340” təyyarəsi bağışlayıb. Sultanın qardaşı Ceffri isə 10 il ərzində gündə orta hesabla “cari xərclərə” 747 min dollar sərf edib.

Sultanın seksual şücaətləri haqda isə əfsanələr gəzir. Bruneylilər özlərinin heç nə veclərinə deyil, lakin dünya çoxdan bilir ki, Bolgiah kiçik qardaşı ilə birlikdə onlarla azyaşlı qızlardan ibarət hərəmxana qourub və qızları saatlarla davam edən möcüzəvi orqiyalara cəlb edir. İlk dəfə bu haqda 1997-ci ildə danışdılar. O vaxt “Miss Amerika-92” müsabiqəsinin qalibi Şennon Marketik sultana və kiçik qardaşı, “planetin bir nömrəli pleyboyu” adını qazanmış Ceffriyə qarşı məhkəmə iddiası qaldırdı.

Şennona Bruneydə günü 3 min dollara işləmək vəd etmişdilər. Bunun əvəzində ABŞ vətəndaşını seks-köləyə çevirdilər, axşam saat 10-dan səhər saat 3-ə qədər əyləncə mərasimlərində rəqs etməyə məcbur etdilər. Onu narkotiklərə alışdırdılar və sonra fahişə kimi rəftar etməyə başladılar. Amerikalı gözəlçə başına gətirilənlərə görə sultandan və qardaşından 10 milyon dollar kompensasiya tələb edirdi. Lakin işi tez-tələsik ört-basdır etdilər. Sultan özü bu ittihamları “qətldən betər cinayət” adlandırdı, özü və qardaşı diplomatik immunitetə istinad edib məhkəmə qarşısında dayanmadılar.

Bu insident haqda yəqin ki, tezliklə yaddan çıxara bilərdilər, lakin digər amerikalı Cillian Louren 2010-cu ildə “Hərəmxanada həyat: bir neçə qız” adlı kitab nəşr etdirdi. Doğrudur, kitabda Ceffrinin hərəmxanasındakı həyatdan bəhs edilirdi, ancaq amerikalı qız bir dəfə sultanın özünə də qulluq etmək şərəfinə nail olmuşdu.

Louren kitabda yazır ki, Bruneyə gətirilən və hərəmxanaya verilən qızların pasportunu əllərindən alırlar. Onlara heç yana çıxmağa icazə vermirlər, sərt dietə məcbur edirlər. Hərəmxanadakı qızların hamısına 2 min dollardan başlayan həftəlik muzd verilir. Əsasən onları üç həftəlik müqavilə ilə cəlb edirlər, lakin bəzən müqavilənin müddəti bir neçə il uzadıla bilər. Çoxları etiraf edir ki, bu cür puldan imtina edib sultanın hərəmxanasından çıxmaq istəmirlər.

Hərəmxanadakı qızların çoxu  14 yaşlarında tailandılar və ya filippinlilərdir. Louren yazır ki, hər gecə sarayda və sultanın qardaşının 45 metrlik “Tits” adlı yaxtasında  təşkil olunan seks-əyləncələrdə alkaqol sel kimi axır, qızlar şahzadə üçün masaların üstündə rəqs edir. Ceffri isə onlardan birini və ya bir neçəsini seçib gecəni səhərə qədər əylənir. Ceffrinin seçdiyi qızlar həmin gecə bahalı hədiyyələrə qərq edilir. Lakin gecə əyləncəsi üçün seçilməyənlərdən kimlərisə gündüz birbaşa Ceffrinin iş otağına da apara bilərlər.

Louren bildirir ki, Ceffri ABŞ-la bağlı olan hər şeyin fanatıdır: maşınların, geyimin, pop-mədəniyyətin. “O, istənilən jurnalı aça və barmağını xoşuna gələn qızın fotosunun üstünə qoyub deyə bilərdi: “Bax bunu və ya o birini istəyirəm”. Sonra isə onları sifariş verib gətizdirirdi”-Louren xatırlayır.

Nəhayət sultanın qardaşı xəzinənin pullarını bu cür sağa-sola səpələməyə görə cavab verməli oldu. Həsənal Bolgiah qardaşı barədə London məhkəməsinə şikayət etdi. Məhkəmə çəkişməsi 10 il davam etdi və sultanın xeyrinə bitdi. Lakin fikir ayrılıqlarına baxmayaraq qardaşlar yaxşı münasibətləri saxladılar və öz harın həyat tərzlərini dəyişmədilər.


“Pul azalsa da, mən sultanam”

Bruneydə “ümumxalq rifahı” 2014-cü ildə silkələndi. Neftin qiyməti iki dəfədən çox düşdü. Sultanın və qardaşı Ceffrinin harınlığına onların üçüncü qardaşı Məhəmməd də neqativ yanaşırdı. Bunu qiymətləndirən Bolgiah qardaşına nazir portfeli verdi və ona iqtisadiyyatda islahatlar aparmağı tapşırdı. Məhəmməd isə çox da fikirləşmədən xəzinədən öz ehtiyacları üçün 2 milyard dollar çırpışdırdı və rüsvayçı şəkildə işdən çıxarıldı.

Eyni vaxtda baş nazir, iqtisadiyyat və müdafiə nazirləri postunu tutan sultan məcbur oldu ki, iqtisadiyyatla şəxsən məşğul olsun. O qərara aldı ki, əvvəla öz iştahını bir balaca cilovlamalıdır, ikincisi iqtisadiyyatın şaxələndirilməsi ilə ciddi məşğul olmaq lazımdır.

Beləliklə, sultan hazırda fərdi biznesin inkişafını fəal dəstəkləyir, Bruneyi Tokio və digər maliyyə paytaxtları üçün cəlbedici etməyə çalışır. Ölkəyə turistlər cəlb etməyə səy göstərir. Yer gəlmişkən bu cəhdlərin heç biri hələlik uğur gətirməyib. Xüsusən də xarici turistlərlə bağlı işlər yaxşı deyil. Gecə klublarının olmaması və alkaqola qadağa xarici turistləri Bruneydən çəkindirir. Hələ 90-cı illərdə avstraliyalı yazıçı Çarlz Ceyms sultanlığı belə xarakterizə etmişdi: “Bruneydən daha darıxdırıcı yer Britaniyada qışın ortasında hansısa ucqar kənd ola bilərdi”.

İqtisadiyyatda problemlərin fonunda dindarlığı ilə heç vaxt seçilməyən sultan başa düşdü ki, təəbələrinin loyallığını artıq pulla təmin etmək çətindir, onları daha qənatcil olmağa və Allaha ibadətə alışdırmaq lazımdır ki, başları qarışsın. Nəticədə Bruney islamlaşdırma kusu götürdü. Müsəlman ailələrindən olan bütün uşaqlara din təhsili almaq məcburi qayda kimi tətbiq edildi.

Bundan əlavə Bolgiah ölkədə şəriət qanunlarını tətbiq edir. Müsəlmanlar üçün cümə namazını buraxmaq, nigahdan kənar hamiləlik, hicab taxmamaq, müsəlman olmayan dayələri işə qəbul etmək, alkaqol içmək, Ramazan ayında ictimai yerlərdə nəsə yemək və ya içmək, xəyanət, oğurluq və s. əməllər yüksək cərimə və həbslə, əllərinin kəsilməsi, şallaqlanma və daş-qalaq edilmə cəzalandırılır. Digər konfessiyaların nümayəndələri də məhdudiyyətlərlə üzləşirlər, onlara “Allah” sözünü işlətmək və dinlə bağlı məsələləri müzakirə etmək qadağandır.

2015-ci ildə Yeni il ərəfəsində xristianlara və müsəlmanlara küçədə Santa-Klaus papağında dolaşmağı qadağan etdilər. Bu qaydanı pozanları 15 min dollar cərimə və ya 5 ilədək həbs gözləyir. Təəbələr isə sultanın şəriət qaydalarını tətbiq etməsini anlayışla qarşılayıblar. Axı monarx onlara izah edib ki, islam-qloballaşmaya qarşı qalxandır.

Sultan özü və ailə üzvləri isə şəriət qaydalarının çoxunu pozur, ancaq bruneylilərin özlərinin bundan xəbərləri yoxdur. Ölkədə bütün KİV-lər monarxın nəzarətindədir. Onun tapşırığı ilə istənilən an istənilən KİV-i bağlaya bilərlər. İnternetə əhalinin cəmi 60 faizinin çıxışı var, üstəlik internet üzərində sərt senzura tətbiq edilir.

Sultan Bolgiahın təəbələri ona dua edib Quran ayələrini oxuduğu bir vaxtda monarxın özü yetkinlik yaşına çatmayan qızlarla əylənir, Bruneydə sabitlik isə barreldən barrelə laxlayır. Ekspertlər proqnozlaşdırırlar ki, 2035-ci ildə ölkənin neft ehtiyatları tükənəcək, sultanlıq isə bir saatın içində müflis olacaq.

MilliYol.Az



Xəbərin oxunma sayı : 2467

loading...

Analiz

Önəmli

Son xəbərlər

18 İYUL 2018

21:52 Bu il Azərbaycanda 16 dini icma dövlət qeydiyyatına alınıb

21:41 Hindistanda “MiQ-21” qırıcısı qəzaya uğrayıb, pilot ölüb

21:27 İlham Əliyev: Bu zavod Azərbaycanın ixrac potensialını böyük dərəcədə artıracaq

21:13 ABŞ Qazaxıstana da rüsum tətbiqinə hazırlaşır

20:58 Aleksis Sançes ABŞ-a buraxılmadı

20:43 Rəsmi Moskva Məmmədyarov-Mnatsakanyan görüşü haqda

20:30 Sumqayıtda bir nəfər dənizdə batıb

20:11 Rusiya DÇ-2018-in təşkilindən 11 milyard dollar gəlir əldə edib

20:07 Prezident yanında Vətəndaşlıq Məsələləri Komissiyasının tərkibi dəyişdirildi

19:55 Zakir Həsənov Anjey Kaspşiklə görüşüb

19:40 Ağdaşda yeni zavod tikilir

19:29 Hindistanda Tereza Ana xeyriyyə mərkəzləri uşaq alverində şübhəli bilinir

19:14 Prezident: “Son 15 ildə Azərbaycana 250 milyard dollara yaxın sərmayə qoyulub”

18:50 Alternativ enerji üçün ayrılan pullar hara gedib? – Qohumlara xərclənən milyonlar

18:39 İcra Hakimiyyətinin qarşısında özünü yandırmaq istədi

18:21 Helsinki zirvəsi Suriya münaqişəsinin həllinə nə töhfə verdi?

18:09 734 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

17:54 Rusiyalı ``gizli agent`` məhkəmə qarşısına çıxarılıb

17:47 “Xəzər dənizinin qazı Avropa üçün çox önəmlidir”

17:42 Generallar tatami üzərinə çıxır

17:38 Bakıda sərnişin avtobusu səfirliyə məxsus avtomobillə toqquşdu

17:34 Bakı nefti dəyər itirib- Qiymət

17:30 Dolların sabaha olan məzənnəsi

17:25 “Google” 5 milyard dollar cərimələndi

17:20 Hindistanda bir aydır davam edən leysan yağışları 511 nəfərin ölümünə səbəb olub

17:15 Qazaxda tutulan erməni xüsusi təyinatlısının fotoları

17:09 “Seçki Məcəlləsi dəyişdirilsin, komissiyaların tərkibinə yenidən baxılsın...”

17:05 “İnternet medianın fəaliyyəti ölkənin informasiya təhlükəsizliyi baxımından vacibdir”

16:47 Fədayə Laçının həbsxanada vəziyyəti pisləşdi

16:42 Tuneldə şou göstərən gənclər həbs olundu – Video

16:38 Nelson Mandelanın anadan olmasının 100 illiyi qeyd edilir- BMT-də

16:33 Bakıda daha bir oteldə ərəb öldü

16:22 ABŞ Konqresində Trampın Helsinkidəki tərcüməçisinin ifadəsini eşitmək istəyirlər

16:18 İlisuda məşhur şəlalədə üç turistin üzərinə daş düşüb

16:13 AZAL yenə dünyanın 100 ən yaxşı aviaşirkəti siyahısına düşdü

16:05 Bakıda 58 yaşlı ruhi xəstə evdən qaçıb

15:56 Türkiyə səfiri: “Xainlər cəzasını alacaq“

15:52 Rusiya ordusu Ermənistan kəndində atəş açır, ermənilər qorxusundan huşunu itirir

15:48 Nadir Qafarzadə övladlığa uşaq götürmək istəyir

15:43 “Tramp Ruhani ilə görüşmək üçün 8 dəfə xahiş edib”

15:30 Yaxın Şərqin problemləri paralel danışıqlarda müzakirə olunub

15:25 Nazirlik: Son 5 ildə ümumilikdə 5,2 milyard manatlıq vergi güzəştləri tətbiq olunub

15:20 Avropa Komissiyası kodeks layihəsi hazırlayıb

15:16 “ABŞ Prezidenti Avropanı alçaldır”

15:12 DİN:Bu il 734 kq-dan artıq narkotik vasitə dövriyyədən çıxarılıb

15:09 “Boeing“ Tramp üçün yeni təyyarələr istehsal edəcək

15:05 Azərbaycan və İtaliya prezidentləri Sumqayıtda zavod açılışında iştirak ediblər

14:54 Rolan Bart: “Müəllifin ölümü” – ESSE

14:50 Sərhəddə yaralanan hərbçimiz təltif olundu

14:44 DİM: İmtahan qaydalarına zidd hərəkətlər edən abituriyentlərin nəticələri ləğv edilib

14:32 Zidan “Yuventus” klubunun idman direktoru olacaq

14:26 Türkiyədə əhalinin 30 faizini uşaqlar təşkil edir

14:22 Ağcabədidə keçmiş ər-arvad bir-birini bıçaqladı

14:13 “Əminik ki, İtaliya Qarabağ münaqişəsinin həllində fəal rol oynayacaq”

14:05 “Xəzər dənizinin qazı Avropa üçün çox önəmlidir”

13:59 Səudiyyə Ərəbistanı qadınlarla bağlı bu qadağanı da ləğv etdi

13:55 Rusiya hərbçiləri Ermənistanda təlim keçirib:sakinlər vahiməyə düşüblər

13:44 “Bazar iqtisadi idarəçiliyin tək əldə toplanmasına mənfi reaksiya verdi”

13:40 Sabaha olan hava proqnozu açıqlanıb

13:35 Muxtar Babayevin atdığı addımlar islahatdır, yoxsa şəxsi maraqların ifadəsi?

13:05 Kənd Təsərrüfatı Nazirliyində iki idarə rəisi işdən azad edilib

12:55 Sabiq icra başçısı Səfərov hakim qarşısında - dələduzluqda ittiham edilir

12:50 “Azərbaycanda media sənayesi formalaşıb”

12:46 Ünvanlı sosial yardımın alınması üçün elektron müraciət proseduru sadələşdirilir

12:42 “Bizi çətin və maraqlı oyun gözləyir“

12:37 “Saytlardakı xəbərləri arxivləşdirmək lazımdır“

12:33 Amerikalıların yarıdan çoxu Trampın Rusiya siyasətini bəyənmir

12:27 Azərbaycanda üzən günəş panelləri sistemi ilə bağlı pilot layihə həyata keçiriləcək

12:22 Azərbaycanda iflas reyestrinin yaradılması məqsədilə təkliflər hazırlanıb

12:18 “Azərbaycanda Qumdan yönəldilən şiələr İranvari islam inqilabına cəhd ediblər” – Təhlil

12:13 Xəzər sahilində qanunsuz tikinti işləri dayandırılır

12:09 Azərbaycan-İtaliya sənədləri imzalanıb

11:48 Jurnalistlər üçün üçüncü binanın təhvil veriləcəyi tarix açıqlanıb

11:44 Amerikalı konqresmen Trampı aşağılayıb! - «Putinin pudeli»

11:40 “Elmar Vəliyev onun sayəsində həyatdadır” – Açıqlama

11:36 İcra Hakimiyyəti qarşısında intihara cəhd – Vətəndaş özünü yandırmaq istədi

11:32 Bakı-Quba yolunda avtobusla minik maşını toqquşub, ölən və xəsarət alanlar var

11:27 Tacikistan Prezidenti Azərbaycana səfərə gələcək- Avqustda

11:22 İstanbulda sərnişin təyyarəsi qəza enişi edib

11:18 Oğlunu universitetə qəbul etdirmək istəyən Könül Kərimova 32 min itirib

11:13 Konvensiya layihəsi hazır olsa da, sualtı ehtiyatların istismar qaydalar hələ də aydın deyil

11:09 “Gənclərin dini məzhəblərə meyilliliyinə görə təhsil ocaqları da məsuliyyət daşıyır”

11:05 Bakı sakini əmisi arvadını yumruqla vurub öldürdü

10:55 Sərdar Ortaç Bakıya gəlir

10:47 Ötən gün 27 cinayətkar saxlanılıb

10:42 Azərbaycanda qızıl hasilatı artırılıb

10:38 Ərzaq sürətlə bahalaşır – “Bundan sonra da bahalaşması baş verəcək”

10:34 ƏMDK DİN-ə müraciət edib

10:30 Avropa Komissiyası “Google”u cərimələyib- Bu səbəbdən

10:26 “Kəşfiyyatın rəyini qəbul edirəm, lakin sövdələşmə olmayıb”

10:22 Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşü olub

10:16 Eks-Spiker Rəsul Quliyev:“Bu hadisələrin ruslarla heç bir əlaqəsi yoxdur"

10:13 Heydər Əliyev prospektində avtomobil piyadanı vurub

10:09 Bu gün I və IV qruplar üzrə qəbul imtahanı keçirilir

10:05 İtaliya prezidentinin rəsmi qarşılanma mərasimi olub

17 İYUL 2018

23:59 Bakıda dəhşətli qəza – Video

23:47 İtaliya prezidenti Sercio Matarella Azərbaycana gəlib

23:30 Ölkədə qızıl və gümüş bir qədər də ucuzlaşdı

23:15 Naxçıvanda nağd pullar yoxa çıxacaq

22:56 Rusiyada tramvaylar toqquşdu - Yaralılar var

22:41 Azərbaycanda iki teatra yeni direktorlar təyin olunub

22:29 İsrail Qəzza sektoruna qaz və yanacaq tədarükünü dayandırdı

22:10 Bu il Azərbaycanda 6 min yeni ev tikilib

21:58 Gürcüstanda iki sabiq nazir istintaqa cəlb olunub

21:45 Sabah Xətaidə əksər ərazilərdə qaz olmayacaq - Siyahı

21:31 Yumurta və toyuq əti kəskin bahalaşıb - Səbəb

21:17 İslandiya millisinin baş məşqçisi istefa verdi

20:52 Ruhaninin xüsusi nümayəndəsi: “İran Suriyadan çıxmayacaq”

20:39 Rüsum ödəmədən gətirilən alkoqollu içki və siqaretin miqdarı azaldıldı

20:26 Vladimir Putin Fox News kanalına müsahibə verib

20:11 “Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması” yaradılacaq

19:59 Mübariz Qurbanlı: “Gəncə hadisələrinin ssenarisi əvvəlcədən hazırlanıb” - Video

19:44 Misir 400 min dollar qarşılığında əcnəbilərə vətəndaşlıq verəcək

19:30 “Yanar dağ” qoruğu yenidən qurulacaq

19:15 Qəbələdə yol tikintisinə 6,8 milyon manat ayrıldı - Sərəncam

18:57 “Qarabağ münaqişəsinin həlli prosesi yaxşı addımlarla davam edir”

18:40 “Münasibətlərimiz heç vaxt bu qədər pis olmayıb” – Prezidentlərin başlıca bəyanatı…

18:29 Bakıda iki nəfər dənizdə batıb

18:11 Gürcüstanda 7 azərbaycanlı tutuldu - Video

17:56 Erməni ordusunda yoxlamalar: generallar ayağa qalxır



loading...
“Elçibəy gənclərin gözü ilə” mövzusunda tədbir keçirilib

“Əbülfəz Elçibəy-80” İctimai Təşkilat Komitəsi “Elçibəy Gənclərin gözü ilə” mövzusunda tədbir keçirib
Bu insanlar ölülərlə əlaqəyə girirlər və... - Tanınmış şaman hər şeyi açdı

Sosioloq, türkoloq, araşdırmaçı, TÜRKSOY-un üzvi, "Şaman. Təbiət qüvvələri oyananda" kitabının müəllifi, əslən xakas türklərindən olan və tanınmış şaman Timur Davletovun Publika.az-a müsahibəsi
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016