Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin vaxtı hələlik məlum deyil
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib ki, prezidentin yaxın zamanda səfər etməsi gözlənilir: “Bu yaxınlarda prezident Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfər edəcək. Azərbaycana səfərin tarixi tam müəyyənləşməsə də, səfərin yaxın zamanlarda olacağı bəllidir”.
Səfir əlavə edib ki, artıq Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bitib və çox yaxında açılışı olacaq. Prezidentin səfərinin dəmir yolunun açılışı ilə bağlı olub-olmamasına da münasibət bildirən E. Özoral vurğulayıb ki, onlar ayrı proqramdır: “Prezident dəmir yolunun açılışına kimi də gələ bilər. Ümumiyyətlə, bu ilin sonuna kimi bir çox nazirin Azərbaycana səfəri gözlənilir. Türkiyənin ətraf mühit və şəhərsalma naziri, ailə və sosial siyasət nazirinin Azərbaycana gəlməsi nəzərdə tutulur”.
MilliYol.Az
Digər xəbərlər
loading...