“Sumqayıt Texnologiyalar Parkı” MMC son günlər mətbuatda gedən məlumatlarla bağlı açıqlama verilib
STP-də “AzPolitika.info”ya verilən məlumatda deyilir:
“Hörmətli KİV nümayəndələri,
Nəzərinizə çatdırmaq istəyirik ki, ötən gün “Sumqayıt Texnologiyalar Parkı” MMC ilə bağlı mətbuatda çıxan informasiya həqiqəti əks etdirmir. Çox təəssüflər olsun ki, bu cür dezinformasiya bir neçə media orqanı tərəfindən dəqiqləşdirilmədən tirajlanıbdır.
Bildirmək istəyirik ki, “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin təsisçisi ilə bağlı heç bir dəyişiklik olmamışdır. Emin Məmmədov bu ilin mart ayında təsisçinin qərarı əsasında “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin baş direktoru təyin olunmuşdur və bu barədə məlumat ictimaiyyətə açıqlanmışdır.
Xahiş edirik ki, “Sumqayıt Texnologiyalar Parkı” MMC ilə bağlı informasiyaları yaymamışdan qabaq ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlayasınız.
“Sumqayıt Texnologiyalar Parkı” MMC olaraq Sizinlə sağlam əməkdaşlığa hər zaman önəm veririk və bu əməkdaşlığın davamlı olmasını diləyirik”.
Qeyd edək ki, mətbuatda Sumqayıt Texnologiyalar Parkının sabiq nazir Fərhad Əliyevin da bilavasitə iştirakı ilə yenidən qurulduğuna dair məlumat yayılıb.
MilliYol.Az
Digər xəbərlər
loading...