“Azərbaycanda bankların konsolidasiyası müzakirələri davam edir. Biz də yerli banklardan və səhmdarlarımız olan böyük beynəlxalq maliyyə təşkilatlarından digər banklar ilə birləşmək barədə təkliflər alırıq”
Bunu “Marja”ya “AccessBank” QSC-nin İdarə Heyəti Sədrinin Birinci Müavini və Baş Əməliyyat İnzibatçısı Anar Həsənov bildirib.
“Bu təkliflər digər hansısa yerli bankda pay almaq və konsolidasiya ilə bağlıdır”,- deyən Anar Həsənov sözlərinə belə davam edib: “Bu təkliflərin heç biri üzrə danışıqlara başlanmayıb. Sadəcə təkliflərdir. Bu təkliflərdən birini email ilə rəsmi şəkldə almışıq, digərləri isə şifahi şəkildə bizə bildirilmişdir”.
Anar Həsənov, “Siz “AccessBank”ın digər bank və ya banklar ilə birləşməsinə necə baxırsınız? sualına, “Mən hesab edirəm ki, 2018-ci ildə bank sektorunda konsolidasiya davam edəcək. Çoxlu kiçik banklar dövrü bitəcək və daha böyük banklar yaranacaqdır. Mənim əldə etdiyim məlumata görə, hazırda Azərbaycanın bank sektorunda bir neçə lider bank birləşmək üçün bəlli variantara baxırlar”,- şəkilində cavab verib.
Anar Həsənov əlavə edib ki, Azərbaycan iqtisadiyyatının yeni inkişaf mərhələsinə qədəm qoyması ölkədə güclü bankların olmasını tələb edir.
İdarə Heyəti Sədrinin Birinci Müavini bildirib ki, “AccessBank”ın səhmdarları Azərbaycan bazarına inanırlar və bank bazarda qalacaqdır. Hazırda səhmdarları “AccessBank”ın nizamnamə kapitalını artırmaqdadırlar. Sonuncu dəfə kapital 20 milyon manat artırılıb.
MilliYol.Az
Digər xəbərlər
loading...