Oktyabrın 2-də Las-Veqasda musiqi festivalında terror aktı törədən 64 yaşlı Stiven Peddokun rəfiqəsi Merilu Denli hadisədən sonra ilk dəfə bəyanat yayıb
APA-nın verdiyi xəbərə görə, o, vəkili vasitəsilə yaydığı bəyanatda Stivenin planlarından xəbərsiz olduğu bildirib.
“O heç vaxt mənə heç nə deməyib. Həm də elə bir hərəkəti də olmayıb ki, pis nəsə edəcəyinə dair şübhəm yaransın. Heç vaxt ağlıma gəlməzdi ki, o, kiməsə qarşı belə zorakılıq planlaşdırır. Mən onu sevirdim, ömrümün qalan günlərini onunla birdə keçirmək istəyirdim”, - deyə M. Denli qeyd edib.
M. Denli əlavə edib ki, Stiven hadisəni törətməmişdən iki həftə əvvəl ona Filippinə gedib, ailəsinə baş çəkməsi üçün bilet alıb: "Açığı, onun bu hərəkəti məni şübhələndirdi. Lakin şübhəm ancaq onunla bağlı idi ki, Stiven mənimlə münasibətlərə son qoymaq istəyir. Ağlıma başqa heç nə gəlmədi".
O da məlum olub ki, M. Denli Filippində qaldığı müddətdə Stiven ona 100 000 dollar göndərib.
Qeyd edək ki, M. Denli oktyabrın 3-də Filippindən Los-Ancelesə qayıdıb. Federal Təhlükəsizlik Xidmətinə könüllü təslim olub. Las-Veqas Polis Departamentindən bildirilib ki, qadın saxlanılmayıb. Sadəcə, istintaq onun ifadəsini alıb.
Oktyabrın 2-də Las-Veqasda baş vermiş terror aktı nəticəsində 59 nəfər ölüb, 500-dən çox adam yaralanıb. Hadisəni törədən yerli sakin Stiven Peddok polisin əlinə keçməmək üçün özünü öldürüb.
MilliYol.Az
Digər xəbərlər
loading...