Xəbər verdiyimiz kimi, aktrisa Pərvin Abıyevanın avtomobili cərimə meydançasına yerləşdirilib
Bu haqda xəbəri ilk olaraq "Report" agentliyi yayıb.
Müğənniyə məxsus olan 99 EP 333 dövlət qeydiyyat nişanlı, "Porche” markalı avtomobil hərəkətdə olarkən, üzərinə qoyulan həbslə bağlı Nəsimi rayonu ərazisində Yol-Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən saxlanılıb. YPX əməkdaşları həmin avtomobilin Pərvin Abıyeva tərəfindən idarə olunduğunu müəyyən edib və avtomobilin cərimə meydançasına aparılacağını bildiriblər. Lakin aktrisa bu qərarla razılaşmayıb. Buna baxmayaraq, qanuna müvafiq olaraq, avtomobil evakuator vasitəsilə cərimə meydançasına yerləşdirilib. "Porsche” markalı avtomobilin sığortalanmadığı, bir neçə ödənilməyən cərimənin olduğu aşkarlanıb.
Azxeber.com-a məsələninin təfərrüatları məlum olub. Belə ki, Abıyeva ötən həftə ATV-də yayımlanan "Qadına görə" verilişində yol qaydalarını tez-tez pozduğunu və kəmər taxmadığını bildirmişdi: "Mən sürət həddini tez-tez aşıram, gün ərzində DYP əməkdaşları məni 2-3 dəfə saxlayır. Bunun səbəbi də avtomobilimdə olan pərdədir. Eyni zamanda heç vaxt kəmər taxmıram, çünki xəstəliyim var.
Məhz aktrisanın bu sözlərindən sonra DYP onunla bağlı araşdırmaya başlayıb. Məlum olub ki, aktrisanın çoxlu sayda MMX-sı var və avtomobili siğortasız sürür.
Verilişin aparıcısı Vüsalə isə aktrisa haqda deyib: "Bu qız sürət həddindən çəkinmir, əsəbiləşəndə isə acığını yollardan çıxır. DYP-nin gözündən uzaq, bunu məndən eşitmiş olmayın".
Aktrisanın ATV-yə verdiyi həmin qalmaqallı müsahibəni təqdim edirik:
MilliYol.Az
Digər xəbərlər
loading...