Deputatla Şeyxin qudası arasında qalmaqal
Sabah millət vəkili Çingiz Qənizadənin sabiq həmkarı Qalib Salahzadəyə qarşı şikayəti üzrə məhkəmə prosesi keçiriləcək.
Hacı Qalibə qarşı xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə qaldırılmış iddia ərizəsi üzrə məhkəmənin hazırlıq iclası saat 11:15-də, Sabunçu Rayon Məhkəməsində baş tutacaq.
Strateq.az xəbər verir ki, deputat Çingiz Qənizadə sabahkı məhkəmə ilə bağlı azvision.az-a bildirib ki, Hacı Qalib haqqında səsləndirdiyi fikirlərə görə üzr istəsə, onu bağışlamaq olar:
"Bu məsələdə fikrim qətidir. O, haqqımda dediyi sözlərə məhkəmədə aydınlıq gətirməlidir. Əgər Hacı Qalib üzr istəsə, fikirlərini izah edə bilsə, onu bağışlamaq məsələsinə baxmaq olar”.
MilliYol.Az
Digər xəbərlər
loading...