2 saylı cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayan "Şakir” MTK rəhbəri dünyasını dəyişib.
Vizual.az-a verilən xəbərə görə, Şakir Hüseynov sumqayıtlı Arzuman, Nahid və Rəşad adlı dustaqlarla mübahisə zamanı qəflətən ürəyi tutub və həyatını itirib.
Adıçəkilən dustaqların ondan pul tələb etdiyi barədə iddialar səslənir. Ş.Hüseynov ötən il həyat yoldaşını, bu il anasını itirib. Onun iki oğlu var.
"Şakir” MMC 125 nəfərin 3,5 milyonunu yeyib.
"Şakir” MMC tikinti şirkətinin rəhbəri Şakir Hüseynov, onun qardaşı Vidadi Hüseynov, şirkətin əməkdaşları - İlham Hüseynov, Əşrəf Orucov və Telman Səlimov da 2008-ci ildə həbs ediliblər.
Təqsirləndirilən şəxslər Binəqədi rayonu Rəsulzadə qəsəbəsində və Yasamal rayonu Tbilisi prospektində yaşayış binası tikiblər. Onlar vətəndaşları aldadaraq qəzalı vəziyyətdə olan binalardakı mənzilləri onlara satıblar. İş üzrə ümumilikdə 125 nəfər zərərçəkmiş tanınıb və vətəndaşlara ümumilikdə 3 milyon 547 manat ziyan dəyib.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər birinə 5 il sınaq müddəti olmaqla 10 il 6 ay şərti cəza təyin edilib. Məhkəmə təqsirləndirilən şəxslərin zərərçəkmişləri evlə təmin edilməsi barədə qərar qəbul edib.
Lakin Şakir Hüseynov birinci məhkəmə instansiyasında zərərçəkmişlərin evlə təmin edilməsi barədə verdiyi sözə əməl etmədiyinə görə, Bakı Apellyasiya Məhkəməsi onu zərərçəkmişlərin şikayəti əsasında həbs edib. Məhkəmə şərti cəza almış Şakir Hüseynovun barəsində 10 il 6 ay müddətinə hökm elan edib. Məhkəmə digər təqsirləndirilən şəxslərin barəsində olan hökmün isə qüvvədə saxlanılması barədə qərar qəbul edilib.
Şakir Hüseynovun da arxası güclü adam kimi tanınırdı. Hələ o vaxtlar bildirilirdi ki, Şakir Hüseynov MTN generallarından biri ilə əlaqələdir. Onun Akif Çovdarovla yaxın olması bu gün heç kimə sirr deyil. Akif Çovdarovun dələduzluq əməlləri ilə çoxsaylı tikinti şirkətlərinin rəhbərlərini çokdurməsi bu gün aydın olur.
MilliYol.Az
Digər xəbərlər
loading...