ABŞ prezidenti Donald Tramp heç Venesuelanın harada yerləşdiyini bilmir
Bunu Rusiya Energetika Həftəsi Forumunda çıxışı zamanı Venesuela Prezidenti Nikolas Maduro söyləyib.
“O, nəinki Venesuela, heç Puerto Rikonun da harada yerləşdiyini bilmir. Ona Simon Bolivar (Venesuela, Ekvador, Kolumbiya, Peru və digər ölkələrdə İspaniya müstəmləkəçiliyinə son qoyan şəxs – red.) deyirsən, elə bilir ki, söhbət rok müğənnisindən gedir. O, Pentaqonun yazdıqlarını təkrarlayır”, – deyə o bildirib.
Maduro həmçinin Moskvada Rusiya Prezidenti Vladimir Putinlə hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edəcəyini söyləyib. O, Moskvanın bundan sonra da Venesuelaya müdafiə sahəsində yardım edəcəyinə inandığını vurğulayıb.(axar.az)
MilliYol.Az
Digər xəbərlər
loading...