Fransada keçirilən Avropa çempionatı davam edir. MilliYol.Az xəbər verir ki, bu gecə qrup mərhələsinə yekun vurulub.
Son olaraq E qrupunda III turun oyunları keçirilib. Bu qrupda vəziyyət nisbətən daha aydın idi. Belə ki, İtaliya millisi artıq 1/8 finalı və qrup liderliyini təmin etmişdi. İkincilik uğrunda isə mübarizə İsveç və Belçika milliləri arasında gedirdi.
Bu gecə İtaliya İrlandiyaya, İsveç Belçikaya 0:1 hesabı ilə yenilib. Nəticədə İtaliya və Belçika 1-2-ci, İrlandiya isə 3-cü yerin sahibi kimi 1/8 finala çıxıb. İsveç isə mübarizəni erkən başa vurub.
Bu oyunların nəticəsi Türkiyənin də taleyini həll edib. İtaliya məğlub olduğundan "ay-ulduzlular" mərhələ adlaya bilməyib.
Avropa çempionatı
Qrup mərhələsi
III tur, 22 iyun
E qrupu
İtaliya - İrlandiya 0:1
Qol: Robbi Bredi, 85.
İtaliya: 12. Salvatore Siriju, 2. Mattia De Siclio (22. Stefan El Şaravi, 82), 5. Ancelo Oqbonna, 7. Simone Zaza, 8. Alessandro Florenzi, 10. Tiaqo Motta, 11. Çiro İmmobile (20. Lorenzo İnsiqne, 74), 14. Stefano Sturaro, 15. Andrea Barzaqli, 19. Leonardo Bonuççi (k), 21. Federiko Bernardeşi (4. Matteo Darmian, 60).
Ehtiyat oyunçular: 1. Canluici Buffon, 13. Federiko Marketti, 3. Corcio Kyellini, 6. Antonio Kandreva, 9. Qraziano Pelle, 16. Daniele De Rossi, 17. Eder, 18. Marko Parolo, 23. Emanuel Cakkerini.
Baş məşqçi: Antonio Konte.
İrlandiya: 23. Darren Randolf, 2. Simus Koulman, 5. Riçard Keoq, 8. Ceyms Makkarti (20. Ues Holaha, 77), 9. Şeyn Lonq (16. Şey Given, 90), 11. Ceyms Maklin, 12. Şeyn Daffi, 13. Ceff Hendrik, 17. Stefen Uord, 19. Robbi Bredi, 21. Daril Mörfi (7. Ayden Makqedi, 70).
Ehtiyat oyunçular: 1. Kiran Vestvud, 3. Kiran Klark, 4. Con O’Şi, 6. Qlen Uelan, 10. Robbi Kin, 14. Con Uolters, 15. Sayrus Kristi, 18. Devid Meyler, 22. Stefen Kuinn.
Baş məşqçi: Martin O`Nil.
Sarı vərəqələr: Salvatore Siriju, 39. Andrea Barzaqli, 78. Simone Zaza, 87. Lorenzo İnsiqne, 90+1 - Şeyn Lonq, 39. Stefen Uord, 73.
Hakimlər: Ovidiu Hateqan, Oktavian Şovre, Sebastian George (Rumıniya), Tasos Sidiropulos (Yunanıstan).
Əlavə köməkçi hakimlər: Aleksandru Tudor, Sebastian Koltesku (Rumıniya).
Lill. “Pyerr Morua” stadionu.
İsveç - Belçika 0:1
Qol: Radja Nainqqolan, 84.
İsveç: 1. Andreas İsaksson, 3. Erik Yohansson, 4. Andreas Qranqvist, 5. Martin Olsson, 6. Emil Forsberq (22. Erkan Zengin, 82), 7. Sebastian Larsson (21. Cimmi Durmaz, 70), 8. Albin Ekdal, 9. Kim Kallstrom, 10. Zlatan İbrahimoviç (k), 11. Markus Berq (20. Con Quidetti, 63), 14. Viktor Lindelöf.
Ehtiyat oyunçular: 2. Mikael Lustiq, 12. Robin Olsen, 13. Pontus Yansson, 15. Oskar Hilyemark, 16. Pontus Vernblum, 17. Ludviq Auqustinsson, 18. Oskar Levitski, 19. Emir Kuyoviç, 23. Patrik Karlqren.
Baş məşqçi: Erik Hamren.
Belçika: 1. Tibo Kurtua, 2. Tobi Alderveyreld, 3. Tomas Vermalen, 4. Radja Nainqqolan, 5. Yan Vertongen, 6. Aksel Vitsel, 7. Kevin de Bruyne, 9. Romelu Lukaku (20. Kristian Benteke, 87), 10. Eden Hazard (k) (17. Divok Oriqi, 90+3), 11. Yannik Karrasko (14. Dris Mertens, 71), 16. Tomas Menye.
Ehtiyat oyunçular: 12. Simon Minyole, 13. Jan-Fransios Jille, 8. Maruan Fellaini, 15. Ceyson Denayer, 18. Kristian Kabasele, 21. Cordan Lukaku, 22. Mişi Batşuayi, 23. Loran Siman, 19. Mussa Dembele.
Baş məşqçi: Mark Vilmots.
Sarı vərəqələ: Albin Ekdal, 33. Erik Yohansson, 36 - Tomas Menye, 30. Aksel Vitsel, 45+1.
Hakimlər: Feliks Brix, Mark Borş, Stefan Lupp (Almaniya), Matey Yuq (Sloveniya).
Əlavə köməkçi hakimlər: Bastian Dankert, Marko Frits (Almaniya).
Nitsa. Şəhər stadionu.
1 | İtaliya | 3 | 2 | 0 | 1 | 3-1 | 6 |
2 | Belçika | 3 | 2 | 0 | 1 | 4-2 | 6 |
3 | İrlandiya | 3 | 1 | 1 | 1 | 2-4 | 4 |
4 | İsveç | 3 | 0 | 1 | 2 | 1-3 | 1 |
MilliYol.Az
Digər xəbərlər
loading...