Millimizin qapıçısı Kamran Ağayev bu dəfə xuliqanlıqla yadda qalıb. "Milli Yol" sport7.az-a istinadən xəbər verir ki, təcrübəli əlcək sahibi davada iştirak edib.
Məlumata görə, hadisə ötən gecə saat 22.25-də Nərimanov rayonu ərazisində yerləşən restoranların birində baş verib. Restorana gələn Ağayev xanım müştərilərdən biri ilə mübahisə edib. Mübahisə nəticəsində xanımı döyən Ağayev daha sonra restorandan uzaqlaşıb.
Bu barədə hadisənin şahidləri məlumat verib. Maraqlısı budur ki, hadisə Kamranın "İnter"in təlim-məşq toplanışında olduğu zaman baş verib. Belə ki, komandanın düşərgəsindən gizli qaçan Ağayevin əylənmək istəyi dava ilə nəticələnib. Belə bir hadisənin baş verməsi də "İnter"də intizamın nə qədər zəif olmasının göstəricisidi. Yəni, hadisə "İnter"in "Xəzər Lənkəran"la oynayacağı günün gecəsi baş verib.
Bizə verilən məlumata görə, zərərçəkən şəxs məsələ ilə bağlı polisə müraciət etmək niyyətindədi. Adının açıqlanmasını istəməyən xanım şikayətçi olacağı halda, Kamran Ağayevlə bağlı cinayət işi açıla bilər.
Qeyd edək ki, qolkiper Cinayət Məcəlləsinin 128-ci maddəsi (sağlamlığın qısa müddətə pozulmasına və ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma) ilə məsuliyyətə cəlb oluna bilər. Bu maddəyə görə, məsuliyyətə cəlb olunmuş şəxs üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
"Milli Yol"
Digər xəbərlər
loading...