Rusiyanın "LUKoil" şirkəti neftin yüksək qiymətindən ehtiyat edir və RF-nin OPEC+ anlaşmasından yumşaq çıxışını dəstəkləyir
TASS agentliyi bildirir ki, bu açıqlamanı şirkətin rəhbəri Vahid Ələkbərov Rusiya energetika həftəsi çərçivəsində verib.
"Məni bu gün aşağı qiymət səviyyəsi kimi, yuxarı qiymətlər də qorxudur. Şəxsən, neftin qiymətinin 60-70 dollar/barel diapazonunda olmasının tərəfdarı deyiləm. Bu, 2014-cü ildəki vəziyyətin təkrarlanmasına səbəb ola bilər. Buna görə də zamanında anlaşmaya girdiyimiz kimi, zamanında da yumşaq şəkildə çıxmalıyıq ki, bazarda neft qıtlığı yaranmasın", - V.Ələkbərov açıqlamasında bildirib.
"LUKoil"un rəhbəri OPEC+ anlaşmasının uzadılması ilə bağlı müzakirələri 2018-ci ilin ilk rübündə, neft qiymətlərinə uyğun aparmaq lazım gəldiyini vurğulayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...