Direktor hər yerdə ərazini nazir Azad Rəhimovun oğlunun satdığını deyir
Bakı şəhəri, Nərimanov rayon Azadlıq prospekti 123 ünvanında yerləşən və Gənclər və İdman Nazirliyinin tabelyində fəaliyyət göstərən Olimpiya Növləri üzrə Milli Komandalar üçün Təlim-Məşq Mərkəzinin (Keçmiş "Neftçibaza") ərazisinin bir hissəsidə satılıb.
AzFakt.com-un apardığı araşdırma nəticəsində məlub olub ki, baza ərazisinin yerində müasir standartlara cavab verən restoran tikilib. Adı bəlli olmayan restoran qısa müddət ərzində tikilsə də, hələki açılışı olmayıb. Amma yaxın günlərdə restoranın tam fəaliyyətə başlayacağı deyilir.
Ərazinin satılmasında rolu olanlardan biri bazanın direktoru Oqtay Abdullayevdir. Amma baza direktoru yaxın ətrafı ilə söhbətlərdə ərazinin gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun satdığını dilə gətirdiyi deyilir. Prezident İlham Əliyev ölkə idmanının inkşafı üçün demək olar ki, hər ay bir neçə sərəncam, fərman imzalayır. Dövlət büdcəsindən idman növlərinə kömək məqsədi ilə yüz milyonlarla vəsaitlərin xərcləndiyi bir vaxtda Oqtay Abdullayev kimi direktorun Olimpiya Növləri üzrə Milli Komandalar üçün Təlim-Məşq Mərkəzinin ərazisini satması isə başadüşülən deyil. Halbuki, hər il büdcədən bazaya külli miqdarda vəsait ayrılır. Həmçinin bazanın meydançaları və məşq otaqları hər gün müxtəlif şəxslərə, klublara icarəyə verilərək böyük gəlir gətitir. Görəsən bu qədər gəlirin qarşılığında ərazini satmaq kimə və nəyə lazım olub?
Məsələ ilə bağlı araşdırmalarımız davam edir.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...