İŞİD terror təşkilatı İraq və Suriyadakı məğlubiyyətindən sonra yeni qlobal terror şəbəkəsi yaratmaq niyyətindədir
APA-nın xəbərinə görə, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov deyib.
“İŞİD liderləri və digər beynəlxalq terror təşkilatlarının əsas hədəfi dünya terror şəbəkəsini yaratmaqdır”, - deyə o bildirib.
Onun sözlərinə görə, hazırda terror təşkilatları qüvvələrini Yaxın Şərq regionu ətrafında məqsədyönlü şəkildə yaymaq istəyir.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi "Ən-Nusra" terror qruplaşmasının komandanlığının məhv edilməsi barədə məlumat yayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...