Pul ağır xəstəliklərlə mübarizə aparan uşaqlara xərclənəcək
“Real Madrid”in portuqaliyalı ulduzu Kristiano Ronaldo 2013-cü ildə qazandığı “Qızıl top”u hərraca çıxarıb.Axar.az xəbər verir ki, mükafat hərracda 600 min avroya satılıb. “Qızıl top”u İsrailin ən zəngin iş adamlarından olan İden Ofer alıb. Ronaldo hərrac zamanı göz yaşlarını saxlaya bilməyərək ağlayıb.
Satışdan gələn pul ağır xəstəliklərlə mübarizə aparan uşaqlara xərclənəcək.
Qeyd edək ki, “Qızıl top” dünyada ilin ən yaxşı futbolçusuna verilir. Ronaldo bu mükafata 4 dəfə layiq görülüb. O, daim kimsəsiz, xəstə və fiziki qüsurlu uşaqlara yardım etməklə də gündəmə gəlir.
MilliYol.Az
Digər xəbərlər
loading...